Xəbərlər ::

İDMAN :: "Tanrının eli" ve 55-i

30-10-2015 18:28

Dünya futbolunun ulduzları olan Pele ve Maradona. İller keçse de, bu efsanelerin adları dillerden düşmür. Her ikisi cenubi amerikalıdır, qonşu Braziliya ile Argentinanın fexrleridir. Her ikisi futbolda en yüksek zirve olan dünya çempionluğunu qazanıb. Özü de milli komandalarının liderleri kimi bu uğurda böyük pay sahibi olublar. Her ikisi karyerası boyu “10 nömre"li formada oynayıb. Her ikisi bu ilin yubilyarlarıdır. Pelenin 75, Maradonanın 55 yaşı tamam olur. Her ikisi oktyabrın son 10 günlüyünde dünyaya gelib – Pele 23-de, Maradona 30-da. Beli, “5-leri” qoşalaşdıran Dieqo Armandonun bu gün ad günüdür. Maradonayla birge şeklim olmasa da, bu yubileyinde haqqında bir neçe kelme yazmaq, tebrikleri ünvanlamaq isteyime engel olmadı.

Peleyle Maradonanın arasında böyük yaş ferqi (20) olduğundan, ata-oğul yerine düşürler. Bu üzden müxtelif dövrlerinin futbolçularıdır. Pele futbolu bitirende, Maradona peşekar karyerasına yenice başlamışdı. İş ele getirib ki, bu ulduzlar bir-biriyle yola getmir, düşmendirler. Metbuata açıqlamalarında bir-birlerinin “bostanına daş atırlar”. İndi nece ki “Ronaldo, yoxsa Messi güclüdürmü” müzakiresi gedir, Peleyle Maradona arasında da bele müqayiseler çox olub, indi de var. Braziliyalıya “Futbol kralı”, argentinalıya “Futbol tanrısı” leqebi verilib. Dieqo Armandoyla bağlı yazımda meseleye bu prizmadan yanaşacaq, Argentinanın üstünlükkleri haqda düşüncelerimi bölüşeceyem.

Elbette, Pelenin de böyük üstünlükkleri var. O, yegane futbolçudur ki, 3 defe dünya çempionu olub. Pele FİFA-nın versiyasına 20-ci esrin en yaxşı futbolçusudur. Ancaq bizim neslin nümayendelerine Pelenin yox, Maradonanın oyununu canlı görmek nesib olub. Men de milyonlarla insan kimi onun oyununa baxaraq vurulmuşam, futbola böyük sevgim yaranıb. Dieqo Armandonun ferdi ustalığı, texnikası bizleri valeh edirdi. İnsan topla nece gözel davrana bilermiş. O, esl top sehrbazı, esl pleymeyker, dispetçer, oyun qurucusu idi. Maradona üçün bir neçe futbolçunu aldadıb qol vurmaq su işmek kimi asan idi. Tesadüfi deyil ki, televiziyada tez-tez izlediyimiz en gözel qollar arasında Maradonanın 1986-cı il dünya çempionatında 7 futbolçunu keçib vurduğu gözel qolu defelerle gösterirler.

Ümumiyyetle, İngiltere yığmasına 2:0 hesabıyla qalib geldikleri hemin 1/4 final oyunu, hemin mundial Dieqo Armandonun karyerasında xüsusi yer tutur. O, her iki qolu İngiltere yığmasının efsanevi qapıçısı, dünyanın en güclülerinden olan Piter Şiltona vurmuşdu. Maradonanın ilk qolu ise daha çox müzakire olundu, indiyedek haqqında danışılır. Axı o, Şiltonla hava mübarizesinde topu elle tora göndermiş, sonradan bunu “Tanrının eli” vasitesile qapıdan keçirdiyi açıqlamışdı. Maradona kapitanı olduğu hemin mundiala yığmasının demek olar tekbaşına dünya çempionu etdi.

Növbeti dünya çempionatında da Argentina yığmasını finala kimi aparan, helledici matçda Almaniya yığmasıyla görüşen Maradona bu defe oyunun sonunda teyin olunan mübahiseli penaltiyle uduzdu. İtaliyadakı hemin mundial, bundan 4 il sonra ABŞ-dakı dünya çempionatı Meksika-86-yla müqayisede daha yaxşı yadımda qalıb. Amerikadakı final merhelesinde Dieqonun artıq 34 yaşı olsa da, onu aparmışdılar. Bu yaşda da gözel oyun nümayiş etdiren Maradona yene öz sözünü dedi, qrup merhelesinde qol vurdu, yığmanı 1/8 finala çıxardı. Lakin qadağan qolunmuş derman preparatı qebul etmesi ortaya çıxdığından, neinki hemin yarışdan, 15 ay futboldan kenarlaşdırıldı. Hemin xebere o qeder meyus olmuşdum ki, Maradonasız Argentina yığmasını tesevvür etmirdim. Ümumiyyetle, Dieqo Armandoya göre bu milli komandanın böyük perestişkarı olmuşdum.

Maradonanın ona göre Peleden üstün tuturam ki, o, daha güclü klub karyerasına malik olub, en esası, Avropada oynayıb. Özü de bu, karyerasının yaxşı vaxtlarında olub ve İspaniya, İtaliya karyerası 11 il sürüb. Dieqoya 22 yaşında “Barselona”ya keçmek nesib olub. Sonradan uzun müddet “Napoli”de oynayıb, ortabab komandanı 2 defe İtaliya çempionu edib. Nehayet, karyerasının sonuna “Sevilya”da çıxış edib. Pelenin klub karyerası ise Amerika qitesinde, veteninde “Santos”, ABŞ-da “Nyu-York Kosmos”da olub. O vaxtlar Avropanın en yaxşı futbolçusuna nezerde tutulan "Qızıl top" mükafatı yalnız avropalılara verildiyinden, Maradona kimi Avropada çıxış eden qeyri-avropalılar buna sahib ola bilmirdiler. Bu edaletsizlik yalnız 1995-ci ilde aradan qaldırıldı.

Maradonaya qarşı çoxsaylı futbolçular oynasalar da, onlar arasında azerbaycanlı İqor Panomaryovu qeyd ede bilerik. Bu ise anadan olduğum ilde - 1979-da Yaponiyada keçirilen gencler arasında dünya çempionatında olub. Hemin vaxt SSRİ yığmasının heyetinde yer alan Ponomaryov gümüş medalçı olub. Maraqlıdır ki, finalda Argentina yığmasına reqib olublar. Ponomaryovla Maradonanın yığmalarının dueli cenubi amerkalıların 3:1 hesablı qelebesiyle neticelenib. Dieqo Armando karyerasında ilk titul qazandığı hemin dünya çempioinatının en yaxşı futbolçusu da olub.

Elbette, Maradonanın qalmaqalları, dopinq, narkotik, şexsi planda problemleri, aile münaqişleri, mehkeme çekişmeleri çox olub ve bununla da meşhurlaşıb. Onun meşqçilik karyerası ise hele ki uğursuzdur. Tesadüfi deyil ki, bu ampluada bir titulu, mükafatı bele yoxdur. Hetta Argentina milli komandasının baş meşqçisi kimi 2010-cu ilde Cenubi Afrika Respublikasında keçirilen dünya çempionatının finala merhelesinde iştirak edib. Ancaq heç yarımfinaladek irelieye bilmeyen argentinalılar 1/4 finalda Almaniyadan ağır meğlubiyyet alıb – 0:4. Bu, Argentina yığmasının dünya çempionatları tarixinde en böyük hesablı yenilgisidir. Buna baxmayaraq Argentina Futbol Federasiyasının rehberliyi Maradonadan üz döndermir, hetta prezident Xulio Qrondona qalmasını istese de, o, istefa verir.

"Güclü futbolçu olmaq hele güclü meşqçi olmaq demek deyil" meseli Maradonayla tesdiqini tapır. Ancaq istenilen halda, o, futbolun efsanesidir. Haqqında ne qeder xoşagelmez sözler deyilse de, futbolçu kimi milyonlarla insanın qelbine yol tapıb.

Dieqo Armando, senin heç vaxt Azerbaycana yolun düşmeyib. Herçend, adın bir vaxtlar milli komandamızın baş meşqçisi postu etrafında hallanıb. Ancaq ölkemize reqib kimi de teşrif buyurmamısan. Ümid edirem ki, Azerbaycana gelişin ne vaxtsa heyata keçecek ve mene seninle birge şekil çekdirmek nesib olacaq. Bu yazımdakı fotoda elle işarem sene futbolçu kimi verdiyim qiymetdir. Senin ise “ela” işarenle yazıma qiymet vermeyini isterdim.

Yubileyin mübarek, efsane!


Oxunub 488 defe