Xəbərlər ::

İDMAN :: "Pul olmayan dövrü de gördüm, "peraşki" vaxtını da" - PRESSİNQ

31-10-2015 12:02

Payiz.Az-ın "Pressinq" layihesinin növbeti qonağı Azerbaycan yığmasının sabiq futbolçusu ve meşqçisi Aslan Kerimov olub. O, oxucuların ünvanladığı sualları cavablandıraraq, maraqlı meqamlara toxunub.

 

Rasif Hüseynov:

- Azerbaycan çempionatında "Qarabağ"ın aşkar liderliyi bu komandanın heddinden artıq güclenmesi ile elaqedardı, yoxsa çempionatın zeiflemesi ile?

- Buna ikiterefli baxmaq lazımdır. "Qarabağ"ın heyeti keçen il de güclü idi, indi de 1-2 nefer istisna olmaqla, aşağı-yuxarı eyni heyete malikdir. Bu, subyektiv fikrimdir ki, çempionatda olan iddialı klubların sayı azalıb. Burda belke de maddi meselenin de tesiri var. Amma "Qarabağ" da keçenilki seviyyesini saxlaya bilib. Bu il "Qebele" hemin markaya gelib çatdı. Düzdür, her iki komandanın ferqli oyun stilleri var. Maliyyenin azalması ile elaqedar diger klublarımızda futbolçuların seviyyesinde ferq var. Legionerlerin qıt olması bir terefden yerli oyunçular üçün üstünlükdür, onların oynamasına şerait yaradır.  Amma bele olanda ustalıq seviyyesinin bir balaca aşağı düşmesi sezilir.

 

Nurlan Ehmedov:

- "Qarabağ" ve "Qebele"nin Avroliqada qrupdan çıxaraq, növbeti merheleye yükselmesi bizim üçün xeyaldı, ya reallaşmaq ehtimalı var?

- "Qebele" üçün xeyal kimi görüne biler. Amma "Qarabağ" üçün heç de xeyal deyil. Nyondakı püşkatmadan sonra reqibleri bilinende "Qarabağ"ın qrupdan çıxması bir az xeyal kimi geldi. Amma birinci oyundan etibaren göründü ki, "Qarabağ" onlarla başabaş mübarize aparmaq gücündedir. Hesab edirem ki, "Monako"ya meğlubiyyet "Qarabağ"ın zeif oyunundan ireli gelmedi. Sadece olaraq, detal sehvleri oldu ve buna göre de meğlub oldular. O oyunda qalib gelseydi, "Qarabağ"ın yüz faiz qrupdan çıxacağını düşünerdim. Qrupdakı diger oyunlarına gelince, "Tottenhem" güc baxımından, heqiqeten de, seçildi. Bundan elave, öz meydanında oynayırdı. Orda "Tottenhem"e qalib gelmek çetin görünürdü. Amma ikinci görüşde "Qarabağ" "Anderlext" kimi komandaya qalib geldi. "Monako"nu da udmaq olardı, oyun da bunu gösterdi. Çünki qol imkanlarımız da oldu. Sadece, bir az bextimiz getirmedi. Hesabda geri olanda Reşad Sadıqovun zerbesinden sonra top qapıdan azacıq aralı keçdi. "Qebele"nin ise her 3 oyunu ağır oldu. "Qebele" gözlediyimizden daha böyük addım atıb. "Borussiya" kimi komandaya qarşı 3 real qol imkanı qazanırsansa... Mence, hesab 1:3 olmalı deyildi. "Krasnodar"ın heyetindeki legionerler Avropa standartlarında olan oyunçulardı. "Qebele" ile müqayisede "Qarabağ"ın futbolçularının Avroliqa tecrübeleri var. Onlar düşdükleri veziyyetden daha doğru qerar vermekle çıxırlar. "Qarabağ" iller önce "Borussiya" ile qarşılaşanda men de hemin oyunun iştirakçısı olmuşam. Tecrübemiz yox idi deye, Almaniyada 0:4 hesabı ile uduzmuşduq. O cür azarkeşler önünde oynamaq bizim üçün çetin idi. O vaxtkı "Borussiya" hem heyet, hem de meşqçi baxımından ferqli idi ve Çempionlar Liqasının finalına qeder irelilemişdi. "Borussiya"nın sergilediyi futbol o dövr üçün novator futbol sayılırdı ve o terzde oynamaqla, dünyanın en güclü klublarına qarşı matçlarda da uğur qazanırdılar. Hazırkı "Borussiya" ise mene bir az "Barselona"nı xatırladır, daha çox kombinasiyalı futbola üstünlük verir.

 

Murad Mikayılov:

- Azerbaycan klubunu ne vaxt Çempionlar Liqasının qrup merhelesinde göreceyik?

- Bu il görmek mümkün idi. "Qarabağ"ın Avroliqa tecrübesi olsa da, Çempionlar Liqasında oynamaq üçün tecrübesi hele o seviyyede deyil. Bu komandanın hazırda Avroliqada oynadığı reqibler ÇL-de çıxış eden komandalardan ad baxımdan heç de geri qalmırlar. Mence, "Qarabağ" gelen il ÇL-de oynamaq iqtidarında olacaq.

 

İlqar Musayev:

- Davamçınız hesab edilen Qara Qarayevin çıxışındakı gerileme ne ile bağlıdı? Belke "ulduz xesteliyi"ne tutulub?

- Bir futbolçunun oyununa ayrı-ayrı sehvlere esasen qiymet vermek düzgün olmazdı. Menim gözümde Qara Qarayevde gerileme yoxdu. Sadece, ferdi sehvler bir az çox olub. Bu da onunla elaqedardı ki, Qara indi daha seviyyeli komandalara qarşı oynayır. Onun çıxış etdiyi mövqe eledi ki, toplar daha çox sene gelmelidi ve itirdiyin top komandana baha başa otura biler. "Qarabağ"da topları Almeyda ve Qara "paylayır". Riçard hem tecrübe, hem de texniki imkanlarına göre Qaradan qabaqdadı. Amma topu almaq baxımından Qara Riçardı üsteleyir. Top almaq, zonanı bağlamaq menasında, Qarada gerileme yoxdu. Bir de ki, istenilen futbolçunun karyerası enişli-yoxuşlu olur. Hetta Messinin de karyerasında bir dönem enişli vaxtları oldu.

 

Yalçın Bayramov:

- Robert Prosineçkinin gelişinden sonra Azerbaycan yığmasında ne deyişib?

- Bir azerbaycanlı olaraq, netice baxımından milliden o qeder de razı deyilem. İkinci terefden, Prosineçkinin gelişinden sonra futbolçuların ustalıq seviyyesinde deyişiklik olası deyildi. İster Mourinyo, ister Quardiola, isterse de Venger olsun, bu baxımdan böyük deyişiklik ede bilmez. Prosineçkinin atdığı en düz addımlar komandanın daxilinde yaxşı ab-hava yaratması, bir de elinde olan futbolçulardan maksimum derecede yararlanmağı bacarması oldu. Berti Foqts daha çox eksperiment aparırdı, gelme oyunçulara inanırdı. Onunla men de çalışdım. Foqts daha çox hegemonluq terefdarı idi. O ele fikirleşirdi ki, Azerbaycan çempionatında keçirilen oyunların seviyyesi o qeder de yuxarı deyil, Almaniyanın 3-4-cü liqasında keçirilen matçların seviyyesi daha üstündü. Prosineçki ise heyet baxımından en doğru qerarları vermeye qadirdi. Yığmamızın DÇ-2018-in seçme merhelesinde daha yaxşı çıxış edeceyine ümid edirik. En azından, yerli futbolçuların oynamaq şansı çoxdu. Elnur Ceferovu misal çekerdim. "Xezer Lenkeran"ın heyetinde çempionatda mütemadi oynadığından, esas milliye qeder yükseldi. Fehmin Muradbeyli kimi diger cavan uşaqlar var ki, onların da qarşıdakı matçlarda yığmada oynamaq şansları olacaq. Ola bilsin, indiki neticeden daha artığını edek.

 

Namiq Sadıqov:

- Hazırda Azerbaycan klublarını çalışdıran meşqçilerin ekseriyyeti - Qurban Qurbanov, Samir Eliyev, Adil Şükürov, Samir Abasov, Terlan Ehmedov, istefaya gönderilen Emin Quliyev ve Aqil Memmedov, çoxu sizin "pokoleniya"nın nümayendeleridi, vaxtile komanda yoldaşlarınız olublar. Niye Aslan Kerimov baş meşqçi kimi onların sırasında yoxdu?

- Birincisi, men milli komandadaydım, yeniyetme yığmaların baş meşqçisi idim. İndi ise AFFA-da maariflendirmenin, meşqçi kurslarının rehberiyem. Adını çekdiyiniz bütün meşqçiler bizim kurslardan keçibler. Böyük futbolda işlemeyim üçün ilk növbede, teklif olmalıdı ve teklifden çox şey asılıdı. Açığı, "Revan"da işlemezdim. Çünki meselelere peşekarcasına yanaşmırlar. Emin Quliyevi orda çalışdığına göre qınamıram. Kimse hardasa başlamalıdı. Amma menim ideyalarım, futbola baxışım "Revan"la düz gelmir. Eger sen hansısa kluba rehberlik edirsense ve futbolçun az maaş alırsa, o oyunçuya motivasiya vermek mümkün olmur. İlk növbede, şerait yaradılmalıdı, bundan sonra meşqçi öz felsefesini yeritmelidi. Emin çempionata 20 gün qalmış komanda qurdu, az vaxtı oldu. Bunun qarşılığında meğlubiyyetler olan kimi rehberlik onu gönderirse, günahı baş meşqçide görürse, demeli, yanaşması düz deyil. Bu gün mene teklif olsa bele, qebul edesi deyilem. Çünki öz işimde özümden sonra kimlerise qoyduqdan sonra harasa gede bilerem.

 

Samir Hemidov:

- Reşad Sadıqov yığma karyerasını bitirmelidi, ya yox? Eger bitirmelidise, onun yerini tuta bilecek lider futbolçumuz kimdi?

- Reşadın ne fikirleşdiyini bilmirem. Burda 2 meqam var: bir senin lider kimi keyfiyyetlerin, bir de fiziki, texniki durumun. Sözsüz ki, her bir futbolçu ne vaxtsa fiziki baxımdan üzüaşağı getmeye başlayır. Reşadın indiki fiziki durumu 10 il evvelki kimi deyil. Sadece, bir meşqçi ve futbolçu oturub fikirleşir ki, men komandaya ümumilikde ne qeder xeyir verirem? Bu gün Reşadın millide böyük rolu var. Belke de, fiziki baxımdan Bedavi Hüseynov qeder qaçmır, amma liderlik baxımından komandaya çox xeyir verir. Bununla bele, fiziki telebleri minimum yerine yetirmelisen. Bilmirem, növbeti seçme merhelede bunu minimum derecede yerine yetire bilecek, ya yox, özünden asılıdı. Çünki zedesi var, hazırlanma dövrü var. Yanvardan etibaren millinin telim-meşq toplanışları başlayacaq. Hem yığma, hem de klubundakı ağır meşqleri nezere almalıdı. Amma liderlik baxımından inanmıram ki, bu deqiqe hansısa futbolçumuz Reşadı evez ede bilsin. Rahid Emirquliyev hem yaş, hem de tecrübe baxımından yaxşıdı. Amma Rahid çox sakitdi. Lider gerek hemişe danışsın, qışqırsın, lazım olanda oyunçuları oyatsın, lazım olanda sakitleşdirsin. Rahid ela futbolçudu, ancaq liderlik keyfiyyetleri tamamile başqa şeydi. Bezen görürsen ki, lider futbolçunun texniki imkanları aşağı olur. Mark van Bommel var idi, onu misal göstererdim. Dağıdıcı oyunçu olsa da, liderlik keyfiyyetlerine göre komanda arxasınca apara bilirdi.

 

Efqan Eliyev:

- Reşad Sadıqovun genc yaşlarından lider olması, özünden tecrübeli, yaşda böyük futbolçular ola-ola, kapitan sarğısını daşıması neden qaynaqlanırdı ve bu sizde qıcıq yaradırdımı?

- Men Reşadı "Turan"dan tanımışam. Kazbek Tuayev onu bu komandaya götürmüşdü. Liderlik ele bir keyfiyyetdir ki, bunu heç kime aşılaya bilmersen. Men kurslarla bağlı UEFA-nın çox seminarlarında iştirak etmişem. Orda da deyirler ki, bir futbolçunu taktiki, texniki, fiziki baxımından öyrede bilersen, amma liderlik keyfiyyetini meşqçi oyunçuya vere bilmez. Bu, uşaqlıqdan formalaşan bir şeydir. Xarakteri deyişmek olmur. Reşad genc yaşlarından öz yaşıdları arasında seçilib. Daha sonra cavan yaşında sehv etmiremse, İqor Ponmaryox ona İsveçle matçda kapitanlıq sarğısını verdi. Adeten cavan oyunçular özlerini sıxılmış kimi hiss edirler. Ponomaryov da buna göre kapitanlığı hemin matçda Reşada vermişdi. Bu, tecrübeli futbolçularda qıcıq yaratdımı? Bizde ne qıcıq yarada bilerdi ki? Sözün düzü, men de Rahid tipli futbolçu idim. Ancaq qaçmaq, işlemek, stabil oyun nümayiş etdirmek fikrinde idim. Qışqır-bağırla karyeramın sonrakı dövrümde, "Qarabağ"da kapitan olanda meşğul oldum (gülür). Qurban Qurbanov karyerasını bitirenden sonra millinin esas kapitanı Reşad oldu. Diger futbolçuları bilmirem, bu mende heç bir qıcıq yaratmamışdı. Reşad kapitan olduğu halda bele, arxa xetde oynayan tecrübeli futbolçular komanda yoldaşlarına gösterişlerini verirdi. Ele bir şey yoxdu ki, ancaq kapitan danışacaq, diger futbolçular danışmayacaqlar. Bir-birimize nese deyende xetrimize deymirdi. Bilirdik ki, xeyrimize deyirik. Bir de bezi futbolçular oyun, meşq bitenden sonra öz alemlerine çekilirdiler. Amma Reşadda o da var idi ki, matç başa çatandan sonra komanda yoldaşları ile danışırdı ki, növbeti oyunlara hazırlaşaq.

 

Ehmed Mirzeyev:

- İndiki futbolçular "peraşki" yeyib oyuna çıxsaydılar, aqibetleri nece olardı?

- Bu söhbet çox yayılıb (gülür). Bizim vaxtımız "peraşki" yemekle yox, küçe futbolunun olması ile ferqlenirdi. Hesab edirem ki, o vaxtın futbolçuları ferdi, texniki baxımdan daha güclü idiler. Niye? Çünki uşaq vaxtımızdan küçelerde futbol oynayırdıq. Yeni texnologiyaların icad olması indikilere öz tesirini gösterir. Kursların birinde Zidanın haqqında danışırdılar. O özü deyirdi ki, uşaq vaxtı binanın "blok"unun içinde 2-2-ye, 3-3-e gövdemizde top saxlaya-saxlaya futbol oynayırdıq. Bu, tez qerar vermeyi, fikirleşmeyi öyredir. İndiki uşaqların o imkanı yoxdu, hamı barmaqları ile kompüterde oynayır. Amma "peraşki" meselesini gülmek üçün danışırıq (yene gülür).

 

Ferman Ağayev:

- Klubların maddi durumunun zeiflediyini görende heç deyirsiz ki, yaxşı ki, karyeramı bitirmişem, indi oynamıram?

- (Gülür). Yox, o qeder de düşünmürem. Men, ümumiyyetle, pul olmayan dövrü de gördüm, "peraşki" vaxtını da, keçid vaxtını da. Pulların 6 aydan bir 20, 40, 50 min mebleğinde qalxdığını da gördüm. Menim üçün pul önemli olmadığına göre, bu dövrde de oynamaq isterdim. Çünki indi millide oynaya-oynaya xarici klublara getmek daha asandı. Bizim dövrümüzde xarici kluba getmek qeyri-mümkün idi. Bize göre, klublar o vaxtın pulu ile federasiyamızdan 50, 60, 100 min pul isteyirdiler. O vaxt peşekarlıq da yox idi. Çünki her bir peşekar müqavile AFFA ile bağlanılırdı. Yeni tutaq ki, "Qarabağ"dan oyunçu alsaydın bele, sonda gedib AFFA ile saziş bağlamalı idin. Yadıma gelir ki, Türkiyede oynamaq imkanımız var idi. Onların federasiyası demişdi ki, biz sizin 4-5 oyunçunuzu götürüb, ayrı-ayrı klublara göndere bilerik. Amma her futbolçuya göre bizimkiler 20 min pul istediler. O vaxt 20 min emelli-başlı pul sayılırdı. Türkler de imtina etdiler. Yeni o vaxt hansısa xarici klubda oynamaq üçün şerait yox idi. İndi ise yaxşı menecer tapsan ve yığma karyeran varsa, en azı gedib özünü göstermek imkanı elde edeceksen.  


Oxunub 509 defe