Xəbərlər ::

SOSİAL :: TQDK sedri: “Sualların asan ve ya çetin olduğunu demek düz deyil”

31-07-2015 16:02

 

“Sınaq imtahanlarının sualları, 1 ve 2 saylı “Abituriyent” jurnallarında teqdim etdiyimiz model testler ictimaiyyete teqdim edilib. Dekabr ayından etibaren bu materiallar var. Biz bu materialı ictimaiyyete teqdim edende 2014-cü ildeki imtahanların da sualları melum idi. O zaman heç bir araşdırma aparılmadı. İndi imtahanlardan sonra uşaqların neticelerini araşdırmadan sualların asan ve çetin olması ile bağlı fikir söylemek düz deyil”.

 

APA-nın xeberine göre, bunu Telebe Qebulu üzre Komissiyanın (TQDK) sedri Meleyke Abbaszade bu il qebul imtahanlarında 700 bal toplayan abituriyentlerinin sayının çoxluğunun sualların asan olması ile elaqelendirildiyi barede suala cavab vererken deyib.

 

Komissiya sedri bildirib ki, sentyabrın 15-den etibaren TQDK-da Elmi-metodiki seminarlar fealiyyete başlayacaq: “Bu haqda bütün pedaqoji ictimaiyyetin melumatı var. Hansı suallar imtahanda istifade olunub, suallara neçe faiz abituriyent cavab verib, neçe faiz sualdan imtina edilib, hansı tipik sehvler olub - bütün bunlar hamısı müzakire olunacaq. Bundan sonra, ümumi variant bütün proqramı ne derecede ehate edir, bu meseleye baxılır. Bu, çox mürekkeb işdir”.

 

 

M. Abbaszade qeyd edib ki, TQDK-da 14 Elmi-metodiki seminar keçirilecek: “Bizim seminarların qapısı hamının üzünüze açıqdır. Bu seminarlarda neinki Bakıda yaşayan müellimler iştirak ede biler. Bizim 8 regional şöbemiz var. Hemin o seminarları internet vasitesile de izlemek olar. İndi bele müzakirenin mövzusu üçün hazırda elimde kifayet qeder melumat yoxdur. Biz aprel ayında ilkin sınaq imtahanları keçirdik ve model testler melum idi. O vaxt kimse demedi ki, yanvarda çap edilen model testlerle aprel ayında aparılan imtahanların arasında ferq var, bu suallar sınaq imtahanlarındakı suallardan asandır. Bu fikirler niye o vaxt seslenmirdi?”


Oxunub 300 defe