Xəbərlər ::

SOSİAL :: Satışda olan mektebli formalarının keyfiyyeti araşdırılır

31-07-2015 16:08

Standartlaşdırma, Metrologiya ve Patent üzre Dövlet Komitesi yanında Texniki Tenzimleme ve Standartlaşdırma üzre Dövlet Nezareti Xidmeti mekteb yaşlı uşaqlar üçün tikilen üst geyimlerinin – mektebli formalarının standartların teleblerine uyğunluğunu müeyyen etmek üçün monitorinqlere başlayıb. Komiteden Payiz.Az-a verilen melumata göre, monitorinqlerde meqsed satış merkezlerinde saxta emtee nişanlı, keyfiyyetsiz, normativ senedlerle temin edilmeyen, uyğunluq sertifikatı olmayan mektebli formalarının satışını aşkar etmekle bunun qarşısını almaqdır.

Qanunvericiliye esasen mektebli formaları Azerbaycan  Respublikasında qüvvede olan dövletlerarası standart  (ГОСТ 25294-2003 "Mekteb yaşlı oğlan ve qızlar üçün üst geyimleri" standartı) esasında müessiseler terefinden hazırlanmış ve dövlet qeydiyyatına alınmış texniki şertlerin telebleri esasında istehsal edilir. Texniki şertlerde mehsulun keyfiyyetine olan mecburi telebler, şagirdler üçün destlerin xarici görünüşü ve modelin tesviri eks olunmalıdır.

Mehsulların laboratoriya sınaqları aparıldıqdan sonra normativ senedlerin teleblerine uyğunluğu tesdiq edilmeli ve Dövlet Akkreditasiya Xidmetinin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları terefinden sertifikatlaşdırılmalıdır.

Hazırda respublikada 2 müessisenin istehsal etdiyi mektebli formaları akkreditasiya olunmuş müvafiq sertifikatlaşdırma orqanı terefinden sertifikatlaşdırılıb. 


Oxunub 500 defe