Xəbərlər ::

DÜNYA :: Tiflisde gender beraberliyi müzakire edilib

01-11-2015 04:53

Tiflisde BMT-nin"Qadınların beraberliyi, Sülh ve İnkişaf" proqramı ve Norveç hökumetinin maliyye desteyi ile gender beraberliyinin prinsiplerine hesr olunan ikigünlük konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun melumatına göre, tedbirde Gürcüstanın Sameqrelo, Şida Kartli, Kvemo Kartli, Quriya, Kaxeti ve İmereti bölgelerinin yerli icra nümayendeleri ve münaqişe zamanı zerer çeken qadınlar, qaçqınlar, etnik azlıq nümayendeleri olan feal qadınlar qatılıblar.

 

Konfrans Qadın İnformasiya Merkezi ve "Taso" QHT rehberliyi terefinden teşkil edilib. Konfransda Gürcüstan parlamenti sedrinin birinci müavini Manana Kobaxidze gender beraberliyi prosesinde dövletin rolunu vurğulayıb. Sonra BMT-nin Qadınlar nümayendesi Erika Kvapilova ve başqaları yerli özünüidareetme orqanlarında gender beraberliyi üçün zeruri institusional mexanizmlerin, mövzu ile bağlı layihelerin, hemçinin büdcenin qebul olunmasında gender beraberliyi aspektleri, bu sahede elde edilen tecrübenin müzakiresini aparıblar. Tedbirde vahid pencere prinsipinin tetbiqinin neticeleri yekunlaşdırılıb.

 

Tedbire azerbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi ve Dmansi rayonlarından gelen azerbaycanlı qadınlar da qatılaraq sual-cavab prosesinde feal iştirak edibler.

 

Konfransda Gürcüstanın baş nazirinin kömekçisi Savalan Mirzeyev, parlament deputatları, bir sıra nazirliklerin resmileri, rayon rehberleri ve belediyye üzvleri iştirak edibler. 


Oxunub 243 defe