Xəbərlər ::

HADİSƏ :: Azerbaycanda doğulan qadın Rusiyada hava limanında yaşayır

01-11-2015 08:27

 

 

Qazaxıstanın Rusiyadakı sefirliyi İraqdan ailesi ile Rusiyaya penah getirmiş Gülistan İsa-Şahonun Qazaxıstan vetendaşı olduğunu tekzib edib.

 

APA-nın “Tengrinews.kz”a istinaden verdiyi xebere göre, qadınla söhbet etmiş konsulluq emekdaşları onun kürd  olduğunu, 1981-ci ilde Azerbaycanda dünyaya geldiyini ve uşaq vaxtı valideynleri ile bir neçe il Qazaxıstanda yaşadığını müeyyenleşdiribler.

 

 

 “Ona Qazaxıstan vetendaşlığı ve pasportu heç vaxt verilmeyib. O, 1998-ci ilde İraqa köçüb ve İraq vetendaşına ere gederek bu ölkenin vetendaşlığını alıb”, deye qurumdan bildirilib.  

 

Diplomatlar qadının Qazaxıstanın resmi qurumlarına her-hansı xahişle müraciet etmediyini bildiribler. Belelikle, Gülistan İsa-Şaho ve onun ailesinin sonrakı aqibeti ile bağlı mesele  Rusiyanın miqrasiya orqanlarının selahiyyetindedir.  

 

Gülistan İsa-Şahonun qaçqın statusunun alınması ile elaqedar Rusiya Federal Miqrasiya Xidmetine tekrar müraciet etdiyi bildirilir. 

 

Qeyd edek ki, bundan evvel  suriyalı 4 uşaqlı ailenin bir aydan çox “Şeremetyevo” hava limanının tranzit zonasında yaşadığı, qadının Qazaxıstan vetendaşı olduğu barede melumatlar yayılıb. Senedlerinde  problem olduğu üçün aileye Rusiyaya girişine icaze verilmeyib.     


Oxunub 297 defe