Xəbərlər ::

SİYASƏT :: İlham Eliyev: “ATET-in seçkileri müşahideden imtina etmek hüququ yoxdur”

01-11-2015 15:47

 

Prezident İlham Eliyev Rusiya Federasiyası Federal Meclisi Dövlet Dumasının MDB, Avrasiya inteqrasiyası ve hemvetenlerin işleri üzre komitesinin sedri Leonid Slutskini qebul edib.

 

Payiz.Az-ın AzerTAc-a istinaden melumatına göre, Leonid Slutski Rusiya Federasiyası Dövlet Dumasından ve MDB Parlament Assambleyasından ibaret müşahideçi missiyaya rehberlik etdiyini deyerek onların avqust ayından başlayaraq seçkilere hazırlıq prosesi ile bağlı monitorinqler apardıqlarını bildirib.

 

Bu gün bir neçe menteqede sesvermenin gedişini müşahide etdiklerini vurğulayan L.Slutski bildirib ki, Qerbin bezi dairelerinin verdiyi proqnozlardan ferqli olaraq menteqelerde heç bir qanun pozuntusu qeyde alınmayıb, eksine evvelki seçkilerle müqayisede daha böyük irelileyişlere görülür.

 

ATET-in Demokratik Tesisatlar ve İnsan Haqları Bürosunun seçkileri müşahideden imtina etmesi meselesine toxunan Leonid Slutski qeyd edib ki, bu teşkilat qebul etdiyi qerarla siyasi baxımdan Avropa ictimaiyyetine bir institut kimi artıq öz dövrünü başa vurduğunu gösterib.

 

ATET-in seçkileri müşahideden imtina etmekle bağlı tekbaşına qerar vermek hüququna malik olmadığını vurğulayan dövlet başçısı bu qurumun bütün qaydaları ve reqlamenti pozduğunu bildirib: “ATET-in Demokratik Tesisatlar ve İnsan Haqları Bürosunun vezifesi seçkini müşahide etmekdir. Bildiyiniz kimi, biz onları devet etdik ve ayrı-ayrı ölkelere müşahideçilerin sayının müeyyen edilmesi metodologiyası ile bağlı izahat vermelerini xahiş etdik. Onlar bize cavab vermek evezine, ümumiyyetle, müşahideçi göndermemeyi qerara aldılar”.

 


Oxunub 395 defe