Xəbərlər ::

SOSİAL :: TQDK sedri: “Keçid balının düşmesi ve ya qalxması kimdense asılı deyil”

31-07-2015 16:49

 

 

“Müsabiqeye buraxılma şerti elan olunub. Bu, keçid balı deyil. Keçid balı müsabiqe zamanı ixtisaslar üzre formalaşır. Bunun aşağı düşmeyi, ya da yuxarı qalxmağı tekce abituriyentlerin neticelerinden yox, eyni zamanda onların isteyinden asılıdır”.

 

APA-nın xeberine göre, bunu Telebe Qebulu üzre Dövlet Komissiyasının (TQDK) sedri Meleyke Abbaszade deyib.

 

Komissiya sedri bildirib ki, keçid balının aşağı düşmesi ve ya yuxarı qalxması kimdense asılı deyil: “Her şey müsabiqe veziyyetinden asılıdır. “Keçid balı” ifadesini işledenlerden xahiş edirem ki, bunu düzgün istifade etsinler. Müsabiqeye buraxılmaq şerti elan olunub ve bu şert deyişmeyecek. Meselen, keçen il bir ixtisasda plan yerleri az, müsabiqe veziyyeti yüksek idi ve ora müsabiqe zamanı yüksek keçid balı formalaşmışdı. Bu il hemin o ixtisasa plan yerleri tutaq ki, 4 defe artıbsa, iddiaçıların sayı ise eyni qalıbsa, tebii ki, orada müsabiqe veziyyeti azalacaq”.

 

M. Abbaszade qeyd edib ki, müsabiqede öz balı ile iştirak eden her bir şexsin istediyi ixtisasları seçmeye imkanı var: “Müsabiqeye buraxılan her bir qrupda müvafiq olaraq texminen 10 min, 11 min, 9 min şexs var. Onlar 15 ixtisas seçe bilerler. İxtisasların da sayını bilirsiniz. Bir qrupda 60, diger bir qrupda 30 ixtisas var. Tesevvür edin ki, ne qeder variasiyalar ola biler. Meselen, IV qrupda bizde iller boyu en sevimli ixtisas “Müalice işi” olub. Ola biler ki, bu il IV qrupda en sevimli ixtisas “Baytarlıq” olsun. Nezeri cehetden bu ola biler. Birden hamı baytar olmaq isteye biler ve hamı birinci baytarlığı yazar. Bu zaman baytarlıq ixtisasında çox yüksek müsabiqe veziyyeti yaranacaq. Bunu ne men, ne de başqaları bile biler. Bunu heç kim bilmir. Uşaqlara ne tesir edecek?! Valideynlerin tesiri ve ya başqa amiller olacaq”.


Oxunub 460 defe