Haberler ::

SİYASƏT :: “AŞPA-nın missiyasının reyi edaletin zeferidir” - Elxan Süleymanov

02-11-2015 14:18

 

 

Şamaxının Millet Vekili, AŞPA-da Azerbaycan nümayende heyetinin üzvü

 

Avropa Parlamenti, ATET PA ve ATET/DTİHB Azerbaycanda 1 noyabr seçkilerini müşahide etmekden imtina etdiler. Bununla kifayetlenmeyen bu beynelxalq qurumlar AŞPA-ya da bu seçkileri müşahide etmekden yayındırmaq üçün güclü tezyiqler etdiler. Bu edaletsiz tecridin yegane meqsedi dünyada Azerbaycanın menfi imicini formalaşdırmaq, insan hüquqları behanesi ile ölkemize siyasi tezyiq etmek, stabilliyi pozmaq, işğal edilmiş torpaqlarımızı bizlere unutdurmaqdır.

Eyni zamanda, 2013-cü ilde Azerbaycanda keçirilmiş Prezident seçkilerine verdikleri müsbet qiymetlendirmenin reallıq olduğunu, Azerbaycanın demokratiya yolunda inamla addımladığını hem Avropa Parlamenti, hem AŞPA, hem de ATET PA çox gözel anlayırdı, onlar sadece bu reallığı növbeti defe görmek ve dünyaya beyan etmek, Azerbaycanda demokratik, şeffaf ve azad seçkilerin şahidi olmaq istemirdiler. Bu sebebden tecrid, siyasi tezyiq yolu ile Azerbaycanı şantaj edirdiler.

AŞPA bu tezyiqler altında Azerbaycana 1 noyabr parlament seçkilerine müşahide missiyası gönderilmesi ile bağlı verdiyi qerarına 3 defe hörmetsizlik etdi. Bu barede AŞPA Bürosunda qebul edilmiş ve sessiyada tesdiq edilmiş qerar tekrar-tekrar, yeniden Büronun müzakiresine gönderilirdi. Neticede, 5 fraksiyanı temsil eden 32 üzvden ibaret AŞPA müşahide missiyası 1 noyabr seçkilerini müşahide etdi ve qebul etdiyi beyanatla aşağıdakı qiymetlendirmeni verdi:

 

Seçkiler demokratik seçkilerin keçirilmesi üçün hüquqi çerçiveni temin eden Azerbaycan Respublikasının Seçki Mecellesine uyğun şekilde keçirildi.

Seçki günü bütün ölke üzre sakit ve dinc şeraitde keçdi. Sesverme prosesinin adekvat ve beynelxalq standartlara müvafiq olduğu müşahide edildi.

Müşahide missiyası bu seçki prosesinin dinc ve sakit keçmesi ile bağlı Azerbaycan xalqını tebrik edir.

Seçkilere hazırlıq ve sesverme prosesleri peşekar ve texniki baxımdan yaxşı seviyyede teşkil olunmuşdur.

Seçki günü Missiya Seçki Mecellesinin her hansı mühüm yaxud sistemli pozulması hallarını qeyde almamışdır.

Missiya müşahidelerini ümumileşdirerek bildirir ki, 1 noyabr parlament seçkilerinde müeyyen çatışmazlıqların qeyde alınmasına baxmayaraq, seçici feallığının mühüm derecede artması, sesverme ve seslerin sayılması vaxtı şeffaflıq Azerbaycan Respublikasının azad, edaletli ve demokratik seçki istiqametinde atdığı növbeti addımların göstericisidir ve bu seçkilerin neticeleri Azerbaycan xalqının iradesini ifade edir.

AŞPA-nın bu qiymetlendirmesi haqqın ve edaletin zeferidir. Bu qiymetlendirme 1 noyabr seçkilerini baykot eden Avropa Parlamenti, ATET PA ve ATET/DTİHB-nin iç üzünü açdı ve onların mekirli niyyetlerini ifşa etdi.

 Avropa nehayet  Azerbaycan reallığını qebul etmeli, edaletsizliye son qoymalı, siyasi tezyiqlerden el çekmeli, Azerbaycanla emekdaşlıq etmelidir. Biz ise emekdaşlığa daim açığıq.

 


Okunub 199 defa