Xəbərlər ::

SOSİAL :: 5-ci mikrorayonda ağacları qıranlar niye tapılmır?

02-11-2015 15:30

Nesimi rayonu, 5-ci mkr,  “20 yanvar” küçesi, bina 32 ünvanda yaşayan sakinler evlerinin qarşısındakı yaşıllıqların mehv edilmesinden narahatdırlar.

Sakinlerin Payiz.Az-a bildirdiyine göre, hemin binanın qarşısındakı ağaclar namelum şexsler terefinden defelerle yerinden çıxarılıb, yaşıllıqların ekildiyi erazide çoxmertebeli binanın tikintisi nezerde tutulur.  

32 nömreli binanın sakinlerine Nesimi rayonu Menzil Kommunal Teserrüfatı Departamentinden bildiribler ki, sözü geden erazi satın alınıb ve erazide hündür mertebeli bina tikilecek.

 

Bakı Şeher Nesimi Rayon İcra Hakimiyyetinin emekdaşları ise sakinlerin şikayetine baxaraq, erazide heç bir tikinti işlerinin aparılmadığı ve aparılmayacağını bildiribler.

Ancaq bütün bunlara baxmayaraq, eraziye ekilen yaşıllıqlar gece ile yeniden yerinden çıxarılır ve boşluqlar doldurulur.

Ekologiya ve Tebii Servetler Nazirliyinin Etraf Mühitin Mühafizesi Departamentinin emekdaşları terefinden 47 eded yeni ekilmiş serv cinsli tinglerin çıxarılıb aparıldığı tesdiq edilib. Araşdırma zamanı, teqsirkar şexsleri müeyyenleşdirmek mümkün olmayıb. Yaşıllığı mehv edenler baresinde 36691 nömreli akt tertib edilib, barelerinde qanuna müvafiq tedbirlerin görülmesi, teqsirkar şexslerin müeyyen edilmesi üçün Nesimi rayon Polis Şöbesine mektub ünvanlansa da, hele netice yoxdur.

Yaşıllıqların mehvi ise davam edir. 


Oxunub 350 defe