Xəbərlər ::

MƏDƏNİYYƏT :: Şeyx Ebdül Hollivud ulduzunu mehkemeye verir

02-11-2015 16:14

Xalq artisti, rejissor Ebdül Mahmudov meşhur Hollivud aktyoru Corc Kulinini beynelxalq mehkemeye verecek. Payiz.Az-ın xeberine göre, bu barede Modern.az saytına rejissorun özü melumat verib: 

“Bu yolda mene sizin  ve bütün medianın destek olmasını isteyirem. Meşhur amerikan aktyor Corc Kulini qondarma “ermeni soyqırımı” ile bağlı ABŞ Senatına etiraz edib. Senata bildirib ki, “siz türk ölkeleri ile biznes maraqlarına göre bu “soyqırımı”nı qebul etmemisiniz”. Yeqin ki, sizin de xeberiniz var: ABŞ Senatı qondarma “ermeni soyqırımı” ile bağlı meseleni oxunuşa çıxarmadı. Hemin aktyor da buna etiraz edib. Görünür burada ermeni lobbisinin ve diaspor teşkilatlarının eli var. Çünki onların diasporları bizden ferqli olaraq yaxşı işleyir”.

Mesele ile bağlı artıq Xarici İşler Nazirliyine de geden xalq artisti ölkemizdeki ABŞ sefirliyine de müraciet etdiyini bildirib: “  Daha bir neçe qurumla da danışacağam. Hazırda Corc Kuluniye böyük bir cavab hazırlayıram. Onu beynelxalq mehkemeye vermek fikrim var. Men ondan teleb edeceyem ki, yoldan çekilsin”. 

Ebdül Mahmudov meşhur aktyoru Bakıya da devet etmek isteyir:

“Mektub hazırlamışam. Resmi qurumlardan da mene dediler ki, “ele sizin kimi ziyalıların vetendaş  mövqeyi göstererek meseleye qarışması daha yaxşıdır”. Lazım gelse, men onu Bakıya devet ederem ve öz  çekdiyim “Qan yaddaşı” filmini ona göstererem. “Qan yaddaşı” senedli filmdir. Filmde her bir fakt menbelere söykenib. Orada göstermişem ki, ermeniler Qafqazda nece meqsedli şekilde istifade olunub. Kuluni bunları bilmirse, men ona filmi göstere bilerem. Bu meseleye sizlerin de qoşulmasını isteyirem. Biz öz heqiqetlerimizi dünyaya çıxarmalıyıq. Qapı-qapı gezirem, amma filmin dublyajı üşün laızm olan 10 min manatı kimdense tapa bilmirem. Biz bu filmi dublyaj edib, kenara çıxarmalıyıq”.

Qeyd edek ki, meşhur aktyor-rejissor Corc Kluni bir müddet önce qondarma “ermeni soyqırımı”nı desteklediyini ve ABŞ Senatının bunu oxunuşa çıxarmamağını tenqid etdiyini bildirib.  

 

 


Oxunub 370 defe