Xəbərlər ::

MƏDƏNİYYƏT :: Şöle Sefereliyeva: “Gözü göyermiş formada ekrana çıxan ilk müğenni menem”

02-11-2015 17:59

“Beri bax” qrupu 2007-ci ilden fealiyyetini dayandırıb. Medeniyyet ve Turizm Nazirliyi sayesinde “Qaya” adını berpa etdik ve artıq neçe illerdir “Qaya” dövlet ansamblı kimi fealiyyet gösteririk”. Bu fikirleri APA TV-nin “Seher zengi” verilişinde qonaq olan müğenni Şöle Sefereliyeva deyib. Müğenni “Beri bax” qrupunun üzvi kimi tanındığını diqqete çatdırıb ve deyib ki, o, qrupda 20 il ardıcıl fealiyyet gösteren yegane ifaçıdır. Ş. Sefereliyeva tez-tez görünmemeyinin sebebini açıqlayıb: “Devet olan yerlere gedirem. Qapıları döyüb, “niye meni çağırmırsınız?” demeyi sevmirem. Hem de men “Qaya” dövlet ansamblının solisti kimi fealiyyet gösterirem. “Sesin, potensialın var, niye solo çıxış elemirsen” deye sual edenler var”.

 

“18 ayda 7 klip çekdirmişem”

 

“Gülmeli seslense de, il yarıma 7 klip çekmişem. Hamısı seviyyeli, yaxşı alınıb. Duetler de oldu, çox sevilen mahnım da oldu - “10-a qeder say”. Qısa zamanda bu qeder iş görmüşemse, demeli, solo ifaçı kimi istesem, neyese nail ola bilerem. İsteyende oxuyuram, istemeyende yox. Esas iş yerim “Qaya” dövlet ansamblıdır. Ne zamansa, “Qaya” olmasa, sehneye can atacağam ve iti addımlarla ireliye atılacağam”.

 

“Gözü göyermiş formada ekrana çıxan ilk müğenni menem”

 

Şöle Sefereliyeva qeyd edib ki, onun üçün ailesi çox önemlidir. Her hansı addımı atmamışdan önce ilk növbede ailesini düşünür: “Mene ele gelir ki, solo ifamı eşiden tamaşaçılar neye qadir olduğumu bilirler. Bu gün gündemde qalmağa çalışan ifaçılardan ferqli olaraq, men “Böyük Teatrdan tutmuş, çox böyük sehnelerde olmuşam.  Zeyneb Xanlarova, Müslüm Maqomayev, Mirze Babayev kimi senetkarlarla bir sehnede çıxış etmişem. O mektebi, o seviyyeni gören adam inanmıram her yerde çıxış etmeye, yaxud ucuz piara can atsın. Bu menim subyektiv fikrimdir. İndiye qeder hara gediremse, haqqımda “yaxşı oxuyan qız, abırlı qız” deyirler. Bu menim üçün çox vacibdir.

 

“İlk növbede ailemi düşünürem”

 

Çünki her zaman ilk növbede ailemi düşünürem. Ailesini düşünen ve ön plana qoyan adama belke de bu sahede yer yoxdur. Çünki eqoist olub, özünü fikirleşmelisen. Hansı yolla olur-olsun qabağa getmeyi düşünmelisen. Dünya statistikasına baxanda meşhurların ekseriyyeti sonda tenhalıqdan canlarına qesd edirler. Alkoqola, narkotiklere qurşanırlar. Etrafında çox adam ola biler. Atam mene deyirdi ki, “bax, qızım, indi meşhursan, bir az da meşhur olacaqsan. Çünki hemin vaxt biz “Zibeyde” mahnısı ile emelli-başlı partlayış etmişdik. Deyirdi ki, etrafında çoxlu oğlanlar olacaq, onlara inanmayarsan”. Düz deyirmiş”.

 

Xanım ifaçı yeniliklere açıq olduğunu, lakin yerli şou-biznesde bunun olmadığını deyib:  “Gözü göyermiş formada ekrana çıxan ilk müğenni menem. “Şiddete yox” layihe çerçivesinde bunu etdim. Bu yenilik idi. Yadıma gelmir ki, bizim müğennilerden kimse yenilik etsin. Maksimum klip çekilişinde nese ola biler. Amma istenilen halda qiymeti tamaşaçı vermelidir”.

 

“Bir çox genc ifaçılar mehz duet sayesinde tanınıblar”

 

Şöle Sefereliyeva repertuarı ve son işleri barede de melumat verib: “Xalq mahnılarına çox müraciet etmirem. Çalışıram, her janrda ifa edim – cazdan tutmuş, milli musiqiye qeder... Zövqler müxtelif olduğu üçün here bir terzi beyenir. Yeni mahnılar da var. “Üreyimde” adlı yeni mahnı yazdırmışam, sözleri ve musiqisi mene aiddir. Klip de çekilib. Montajda iştirak ede bilmedim. Çünki rejissor imkan vermedi. İştirak etseydim, belke de bir qeder ferqli ederdim. Amma rejissor klipi bele gördü. Bu günden etibaren geniş auditoriyaya teqdim olunacaq”.

 

“Her yerde görünmek vacib deyil”

 

Qonaq bildirib ki, her zaman ve her yerde görünmek o qeder de vacib deyil: “Hesab edirem ki, bir çox genc ifaçılar mehz duet sayesinde tanınıblar. Xanım ifaçılar var ki, uzun illerdir sehnede olan müğenni ile birge müellif mahnısı ifa edib ve bunun sayesinde gündeme gelib. Ele insanlar var ki, her yerde görünürler, amma oxuyanda başa düşürsen ki, oxumağa yaxın adam deyil. Amma meşhurdur”.

 


Oxunub 657 defe