Xəbərlər ::

HADİSƏ :: Ali Herbi Mektebin keçmiş reisi 3 il azadlıqdan mehrum edildi

31-07-2015 18:31

Heyder Eliyev adına Azerbaycan Ali Herbi Mektebinin (AAHM) keçmiş reisi, polkovnik Mirzeli Yusifova hökm oxunub.

APA-nın melumatına göre, Bakı Herbi Mehkemesinin hökmü ile M. Yusifov 3 il müddetine azadlıqdan mehrumetme cezasına mehkum edilib.

Xatırladaq ki, AAHM-in sabiq reisi M. Yusifov Cinayet Mecellesinin 311-ci (rüşvet alma) maddesi ile teqsirlendirilir.

M. Yusifov evveller Müdafie Nazirliyinin 112 saylı alayının (sülhmeramlı tabor da bu alayın terkibindedir) komandiri olub. Daha sonra AAHM-e qerargah reisi teyin edilen M. Yusifov bir neçe il herbi mektebin reisi vezifesini icra edib. Zakir Hesenov müdafie naziri teyin edildikden sonra M. Yusifov vezifeden uzaqlaşdırılıb ve bir müddet sonra o hebs edilib.

 


Oxunub 547 defe