Xəbərlər ::

HADİSƏ :: Bakıda aptekden oğurluq oldu - KAMERA GÖRÜNTÜSÜ

03-11-2015 09:45

Bakıda aptekden oğurluq olub. APA TV-nin xeberine göre, oğurluq hadisesi Bineqedi rayonu, 9-cu mikrorayonda Hemze Babaşov küçesi-11 ünvanında yerleşen aptekde baş verib.

 

Bineqedi Rayon Polis İdaresinden APA TV-ye verilen melumata göre, seher saatlarında işe gelen eczaçı yerde şüşe qırıntıları ve aptekde dermanların yerle bir olduğunu görüb. Oğurluq hadisesinin baş verdiyini anlayan Şehla Allahverdiyeva derhal müdiri ile elaqe saxlayıb: "Geldim gördüm her şey yere dağılıb, şüşe qırıntılarını gören kimi xeber verdim". 

 

Mağazanın sahibi  erazi üzre xidmet aparan 7-ci polis bölmesine melumat verib. Aptekde olan kameralara baxış zamanı oğurluğa gelen şexsin yaxınlıqdakı şirniyyat evinin damından içeri girdiyi melum olub.

 

İlkin ehtimala göre, oğurluq eden şexs tek olmayıb. Aptekdeki kassa aparatından pul ve xeyli pampers aparıldığı müeyyen edilib.

 

Faktla bağlı cinayet işi başlanıb. Hadiseni tereden şexslerin kimliyi müeyyenleşdirilir.

 

Qeyd edek ki, bu,  aptek sahibinin başına gelen ikinci oğurluq hadisesidir. Analoji hadise daha önce sentyabrın 19-da onun Xetai rayonu, Zığ şosesinde yerleşen aptekinde de baş verib. Hadiseden az sonra cinayetkar tapılaraq mesuliyyete celb olunub.

 


Oxunub 335 defe