Xəbərlər ::

SİYASƏT :: XIN: "Qerezli melumatlara yer verilmesi tamamile qebuledilmezdir"

03-11-2015 10:14

Xarici İşler NazirliyiAzerbaycanda keçirilmiş parlament seçkileri ile bağlı açıqlama yayıb.

 

APA-nın melumatına göre, açıqlamada bildirilir ki, 1 noyabr 2015-ci il tarixinde keçirilmiş Azerbaycan Respublikasının Milli Meclisine 5-ci çağırış seçkilerin yerli ve ecnebi müşahide missiyaları, o cümleden Avropa Şurası Parlament Assambleyasının seçki müşahide heyeti terefinden azad, demokratik ve şeffaf şekilde keçirildiyi, seçicilerin iradesini eks etdirdiyi, seçkilere hazırlıq ve sesverme prosesinin peşekarlıq ve texniki cehetden yüksek seviyyede teşkil olunduğu tesbit olunub.

 

"Seçkilerin keçirilmesi prosesinde Seçki Mecellesine uyğun olaraq, Merkezi Seçki Komissiyası ve müşahideçiler terefinden her hansı xüsusi qanun pozuntusu halı qeyde alınmayıb.

 

Bezi daireler terefinden seçkilerin “boykot” edilmesi ve ya seçici feallığının az olması ve guya Azerbaycan terefinden ATET-in Demokratik Tesisatlar ve İnsan Hüquqları Bürosuna (DTİHB) seçkileri müşahide etmek üçün imkanın verilmemesi baresinde esassız iddiaların ireli sürülmesi ve seçkilerin neticelerine kölge salmaq, Azerbaycan seçicileri ve namizedlerin adından danışmaq cehdleri, resmi menbelere istinad etmeden bezi beynelxalq kütlevi informasiya vasitelerinde ise qerezli melumatlara yer verilmesi tamamile qebuledilmezdir.

 

Merkezi Seçki Komissiyasının ilkin melumatına göre, 5547 menteqenin hamısında sesverme vaxtında – seher saat 8-de başlayıb ve axşam saat 19.00-da başa çatıb. Ölke üzre ümumi seçici feallığı 55,7 faiz olub. Yeni, 5 milyon 198 min 658 seçiciden 2 milyon 897 min 188-i sesvermede iştirak edib. Bu, öten parlament seçkileri ile müqayisede texminen 6 faiz çoxdur.

 

Seçki prosesinde namizedlerin tam serbest şekilde teşviqat kampaniyaları aparmaları üçün bütün lazımı şerait yaradılıb.

 

Sesverme günü seçki menteqelerinde prosesin evvelden axıradek izlenilmesi üçün ölke erazisi üzre 1000 seçki menteqesinde "web-camera"lar quraşdırılıb.

 

Seçkilerde “Els” müsteqil araşdırmalar merkezi, “Rey” monitorinq merkezi, “Opinion Way” Sosioloji tedqiqatlar İnstitutu (Fransa), Azerbaycan Genclerinin Hüquq Müdafiesi Merkezi ve “AJF & Associates.İnc” (ABŞ) birlikde Vetendaşların Emek Hüquqlarının Müdafie Liqası qisminde “exit poll” keçirib.

 

Seçkiler 500-den artıq xarici, 63.000-den artıq yerli müşahideçi terefinden izlenilib. Xarici müşahideçiler Avropa Şurası Parlament Assambleyası, Müsteqil Dövletler Birliyi, Türkdilli Dövletlerin Emekdaşlıq Şurası, Müsteqil Dövletler Birliyi,  Demokratiya ve İqtisadi İnkişaf namine Teşkilat- GUAM, İslam Emekdaşlıq Teşkilatı, Qara Deniz İqtisadi Emekdaşlıq Teşkilatının Parlament Assambleyası, TürkPA - Türkdilli ölkelerin Parlament Assambleyası da daxil olmaqla, 40-dan çox beynelxalq teşkilatı ve 27 ölkeni temsil edibler. 

 

Yerli kütlevi informasiya vasiteleri her hansı qeydiyyat ve ya akkreditasiya teleb olunmadan seçkileri işıqlandırıb. Xarici İşler Nazirliyi ve Merkezi Seçki Komissiyası terefinden elaqelendirilmiş şekilde 27 xarici kütlevi informasiya vasitesinin 42 nefer üzvü seçkileri işıqlandırmaq üçün akkreditasiya edilib", - deye açıqlamada qeyd olunur.

 

Açıqlamada deyilir ki, ATET/DTİHB-ye seçkileri müşahide etmek üçün Xarici İşler Nazirliyi terefinden 2015-ci ilin iyulunda devet gönderilib: "12-14 avqust 2015-ci il tarixindeATET/DTİHB-in Ehtiyacların Qiymetlendirilmesi Missiyası (EQM) Azerbaycana sefer edib ve seferin yekunlarına dair Qiymetlendirme hesabatı hazırlayıb. Hesabatda, EQM esas ekspert heyetine elave olaraq, seçkilere iştirakçı dövletlerden 30 uzunmüddetli ve 350 qısamüddetli müşahideçinin ezam olunmasını tövsiye edib. Bununla elaqedar, Azerbaycan terefinden ATET/DTHİB-e ünvanlanmış mektubda ölke ehalisinin sayı ve müvafiq olaraq 125 seçki dairesine uyğun olaraq, 6 uzunmüddetli ve 125 qısamüddetli müşahideçinin teyin edilmesinin meqbul olduğu bildirilib ve ATET/DTHİB-in EQM-in hesabatının yeniden nezerden keçirilmesi tövsiye edilib.

 

ATET/DTHİB neticede ölke ehalisi ve 125 seçki dairesi ve müşahideçilerin sayı arasında nisbetin hansı meyarlar ve metodologiya ile müeyyen edilmesine aydınlıq getirmeden öz mübahiseli tövsiyeleri üzre meslehetleşmeler teklifini redd edib, guya Azerbaycan terefindenATET/DTHİB-in müşahideçilerinin sayına mehdudiyyet qoyulduğunu behane getirerek, Azerbaycanda keçirilecek parlament seçkilerine seçki müşahide missiyası göndermemek barede bezi dairelerin tesiri altında mandatına zidd şekilde birterefli qerar qebul edib. ATET/DTHİB-in birterefli qaydada bele bir qerar qebul etmek selahiyyeti yoxdur. Bu tesisat mandatına uyğun olaraq, seçkilerin teşkil edilmesinde üzv dövletlere texniki destek göstermelidir.

 

Azerbaycanın terefinin ATET-in Fealiyyetde olan sedri qisminde Serbiyanın iştirakı ile ATET-in Daimi Şurasında konstruktiv meslehetleşmeler yolu ile meseleni müzakire ederek hellin tapılması, habele seçki müşahide missiyası olmasa bele, ATET/DTHİB terefinden seçkilere texniki ekspert qrupunun gönderilmesi baresinde teklifine de DTHİB terefinden qeyri-konstruktiv münasibet bildirilib.

 

Mandatın ciddi şekilde pozulması ile müşayiet olunan bu cür qerezli ve qeyri-peşekar davranışdan sonra ATET/DTHİB ve bezi diger dairelerin Azerbaycanda keçirilmiş seçkilerin neticeleri baresinde her hansı fikir söylemeye heç bir esası yoxdur.

 

Azerbaycan xalqı azad ve serbest şekilde öz seçki hüququnu ve iradesini ifade ederek, bu seçkilerde iştirak edib.

 

Yalnız Azerbaycan seçicilerinin iradesi, seçici feallığı ve verdikleri sesler seçkilerin neticelerini ve legitimliyini müeyyen edir".


Oxunub 446 defe