Xəbərlər ::

SOSİAL :: “Sabahın alimleri” V Respublika müsabiqesi keçirilecek

03-11-2015 10:41

Tehsil naziri Mikayıl Cabbarov “Sabahın alimleri” V Respublika müsabiqesinin keçirilmesi barede emr imzalayıb.

Nazirliyin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, emre esasen, Azerbaycanda fealiyyet gösteren ümumi tehsil müessiselerinin IX-XI siniflerinde tehsil alan şagirdlerin elmi axtarışlara sövq edilmesi, onların elmi ve yaradıcılıq fealiyyetinin stimullaşdırılması, elmi tedqiqat işine meyli olan istedadlı şagirdlerin vaxtında aşkar  edilmesi, hemçinin ciddi elmi  tedqiqat neticeleri elde etmiş Azerbaycan mekteblilerinin seçilib ABŞ-da keçirilen İntel İSEF – Beynelxalq Elm ve Mühendislik Sergisine  gönderilmesini temin etmek meqsedi ile 2016-cı il 11-13 fevral tarixlerinde İntel İSEF – Beynelxalq Elm ve Mühendislik Sergisi çerçivesinde “Sabahın alimleri” V Respublika müsabiqesi keçirilecek.  

 

Ümumi tehsil müessiselerinin direktorlarına müsabiqe ile bağlı 2015-ci il 1 noyabr tarixinden etibaren şagirdlerin mövzularının sabahinalimleri.edu.az saytında onlayn rejiminde qeydiyyatdan keçirilmesini ve 25 dekabr tarixinedek şagirdler terefinden tesdiq edilmiş mövzular üzre aparılan tedqiqatların başa çatdırılmasını temin etmeleri tapşırılıb.

 

Müsabiqenin Telim Akademiyasında iştirak etmek isteyen müellimlerin qeydiyyatdan keçmesi 2016-cı il 15 yanvar tarixinedek temin edilecek.

 


Oxunub 395 defe