Xəbərlər ::

SİYASƏT :: Tahir Kerimli: “Ahıl yaşımda..."

03-11-2015 14:16

“Beynelxalq teşkilatlar, reqiblerimiz, jurnalistler, ictimaiyyet nümayendeleri Ağsu-İsmayıllı seçki dairesinde ehali arasında sorğu aparsalar ve orda yaşayanların 20 faizi menim seçilmeyimle bağlı neticeni inkar etse, deputatlıqdan istefa vererem”.

 

Bunu APA-ya açıqlamasında Vehdet Partiyasının sedri, noyabrın 1-de Azerbaycan parlamentine keçirilen seçkilerde qalib namized Tahir Kerimli deyib.

 

T. Kerimli bildirib ki, parlament seçkileri kifayet qeder şeffaf, azad ve demokratik keçirilib: “Seçicilerin seçkide feallıq göstermesi ve meni desteklemesi üçün çox sey gösterdim. Onlar da mene inandılar. Bu baxımdan hesab edirem ki, Azerbaycanın bütün bölgelerinde seçkiler edaletli keçirilib. Men parlamentdeki fealiyyetimde de xalqımızın dövlete ve parlamente inamının güclendirilmesi istiqametinde çalışacağam. Eyni zamanda ehalinin sosial problemlerinin helli, qanunvericilik bazasının möhkemlendirilmesine sey göstereceyem”.

 

T. Kerimli 1993-cü ilde Milli Meclisde emosional ve gergin çıxışının yeniden gündeme gelmesine de münasibet bildirib: “Evvela, indi menim ahıl vaxtımdı. İkincisi, bizim o vaxt qurduğumuz hakimiyyet elden gedirdi ve menim yerime kim olsaydı, o cür hereket ederdi. Diger terefden, men çıxışımda heç kimi tehqir etmemişem. Çox teessüf edirem ki, çıxışımın esas hissesi bir kenarda qalır, ancaq emosional hissesine diqqet edirler. Men hemişe qanunlara riayet eden olmuşam ve bu defe de çalışacağam ki, bele olsun. Hemin an ele helledici bir meqam olduğuna göre çıxışım bedaheten oldu. Men orda öz hakimiyyetimizi xeyanetde ittiham etmişem. Güman edirem ki, ahıl yaşımda bele hal bir daha tekrarlanmaz”.


Oxunub 160 defe