Xəbərlər ::

SOSİAL :: APA TV-de “Muzey, İrs, Tarix” verilişi efir heyatına başlayır - ANONS

04-11-2015 13:27

Bu aydan etibaren APA TV-nin efirinde yeni veriliş yayıma başlayır. “Muzey, İrs, Tarix” adlanan proqram menevi deyerlerin saxlandığı, qorunduğu, öyrenildiyi müessise olan muzeylerimize hesr olunub. Layihenin heyata keçirilmesinde meqsed Azerbaycanda mövcud olan muzeylerin fealiyyeti, burada saxlanan eksponatlar haqqında tamaşaçıları maariflendirmekdir. “Muzey, İrs, Tarix” verilişinin ilk buraxılışı Azerbaycan Tarixi Muzeyinin Hacı Zeynalabdin Tağıyeve aid bölmesine hesr olunub. Layihe çerçivesinde tamaşaçılar müxtelif görkemli ictimai ve tarixi şexsiyyetlerin ev muzeyleri ile virtual tanışlıq imkanı qazanacaq, paytaxt ve bölgelerde fealiyyet gösteren müxtelif profilli muzeylerin, o cümleden tarix-diyarşünaslıq, etnoqrafik muzeylerin fealiyyeti barede melumat elde ede bilecekler. “Muzey, İrs, Tarix” proqramının layihe rehberi ve aparıcısı Türkan Memmedlidir. Proqramı her heftenin cüme günü saat 11.30-da APA TV-de canlı izleye bilersiniz. Tamaşaçıların proqramın efire getmiş buraxılışlarını APA TV-nin internet sehifesinde yaradılmış “Muzey, İrs, Tarix” bölmesinde de izlemek imkanı olacaq. 


Oxunub 310 defe