Xəbərlər ::

SİYASƏT :: “Bir neçe peşekar emekdaş yeniden MTN-de xidmete qebul olunub” - MÜSAHİBE

04-11-2015 17:22

 

 

Milli Tehlükesizlik Nazirliyinin (MTN) İctimai Elaqeler İdaresinin reisi Arif Babayev son vaxtlar nazirlik haqqında yayılan müxtelif melumatlarla bağlı APA-nın suallarını cavablandırıb.

 

- Milli Tehlükesizlik Nazirliyinde bezi emekdaşların işden uzaqlaşdırılması, yenilerinin teyinatı ile elaqedar müxtelif informasiyalar yayılır. Bezi melumatlara göre coxlu sayda emekdaş işden çıxarılıb. Bunlar ne qeder heqiqete uyğundur?

 

- Azerbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhterem İlham Eliyev Milli Tehlükesizlik Nazirliyinin fealiyyetinde esaslı dönüş yaradılması, şexsi heyetde nizam-intizamın daha da güclendirilmesi ve peşe keyfiyyetlerinin yükseldilmesi istiqametinde qarşıya ciddi vezifeler qoyub. Bununla elaqedar, hazırda Milli Tehlükesizlik Nazirliyinde genişmiqyaslı, meqsedyönlü ve texiresalınmaz tedbirler heyata keçirilir. Görülen tedbirler çerçivesinde, mövcud nöqsanların ve çatışmazlıqların aradan qaldırılması meqsedile herbi vezife ve herbi xidmet haqqında qanunvericilik aktlarının teleblerini kobud şekilde pozmuş, herbi qulluqçu kimi üzerlerine götürdükleri öhdelikleri yerine yetirmeyen, hemçinin, emeliyyat-xidmeti fealiyyetde ciddi qüsurlara ve intizamsızlığa yol vermiş bir sıra emekdaşlar vezifelerinden uzaqlaşdırılıblar.

 

Bununla yanaşı, milli tehlükesizlik nazirinin 1-ci müavini, nazir vezifelerini icra eden general-leytenant cenab Medet Quliyevin gösterişi ile, vaxtile milli tehlükesizlik orqanlarında uzun iller işlemiş, lakin müeyyen sebeblerle xidmetden uzaqlaşdırılmış bir sıra emekdaşların şexsi işlerine yeniden baxılır. Artıq bir neçe peşekar emekdaş yeniden xidmete qebul olunub ve müvafiq vezifelere teyinatlar aparılıb.

    

- Milli Tehlükesizlik Nazirliyi ile bağlı baş veren son hadiselere dair KİV-de cürbecür versiyalar ireli sürülür. Yayılan melumatlarla bağlı fikirlerinizi bilmek isterdik.

 

- Baş vermiş son hadiselere ictimaiyyetin maraq göstermesi başa düşülendir. Lakin bezi meselelerin, o cümleden xüsusi xidmet orqanında kadr teyinatları ile elaqedar xeberlerin doğru, yaxud qeyri-sehihliyinden asılı olmayaraq, hemin melumatların yayılmasında ehtiyatlı olmaq lazımdır. Çünki Milli Tehlükesizlik Nazirliyinin qanunvericilikle müeyyen edilmiş qaydada, selahiyyetleri çerçivesinde heyata keçirdiyi fealiyyeti özünün spesifikliyi, o cümleden konspirasiya, aşkar ve qeyri-aşkar üsul ve vasiterlerden istifade etmekle ferqlenir. Bu baxımdan ve ümumiyyetle geniş menada götürülende de aydın başa düşülmelidir ki, milli tehlükesizliyin temin olunması işinde - aidiyyeti orqanlarla yanaşı, bu mesuliyyeti bölüşmeli olan, vezife borcunu düzgün qiymetlendiren KİV-ler ölkenin milli menafeleri ve tehlükesizliyi ile bağlı mövzuların işqlandırılması meselelerine hessas yanaşmalı ve diqqetli olmalıdırlar.  Meselen, son vaxtlar bezi qezetlerde ve saytlarda “MTN işi”, “MTN şehidin qardaşının pulunu aldı” ve ya “MTN qalmaqalı” kimi absurd, heç bir mentiqe sığmayan qerezli başlıqlar ve melumatlar manşetlere çıxarılır. Bu, qeti yolverilmezdir. MTN - Milli Tehülkesizlik Nazirliyi demekdir. Bu dövletin icra hakimiyyeti qoluna aid olan merkezi icra hakimiyyeti orqanıdır. Dövlet orqanının adının bu cür müxtelif menfi çalarlarla hallandırılması, teqdim olunması heç bir vechle dövletçiliye xidmet etmir.

 

Beli, ictimaiyyete melumat verildiyi kimi, Milli Tehlükesizlik Nazirliyinin ayrı-ayrı vezifeli şexsleri terefinden vezife selahiyyetlerinden sui-istifade ve yol verilmiş diger qanun pozuntuları faktları üzre cinayet işi başlanıb, nazirliyin bir neçe vezifeli şexsi Cinayet Mecellesinin müvafiq maddeleri üzre mehkemenin qerarları ile teqsirlendirilen şexs qisminde celb olunublar.

 

Eyni zamanda, Milli Tehlükesizlik Nazirliyinin rehberliyi terefinden hazırda emeliyyat-xidmeti fealiyyetde mövcud nöqsanların, pozuntuların ve çatışmaqlıqların aradan qaldırılması meqsedile keserli tedbirler görülür.

 

Lakin teqsirlendirilen şexs qisminde celb olunmuş bir qrup şexse göre bütöv bir dövlet orqanının adının müxtelif menfi formada hallandırılması qebul edilesi deyil. Unutmaq olmaz ki, Azerbaycanın milli tehlükesizlik orqanlarının tarixi Azerbaycan Xalq Cümhüriyyetinden başlanır. Ümummilli lider Heyder Eliyev zengin ve menalı ömrünün 25 ilini bu orqanlarda xidmete hesr edib. Ulu önderin azerbaycançılıq, vetenperverlik, dövletçilik irsini layiqince menimsemiş bütöv bir nesil yetişib. Hemin xüsusi xidmet zabiti korpusu bu mektebin şanlı enenelerini qoruyaraq indi de xidmetini şerefle davam etdirir. Milli Tehülkesizlik Nazirliyinin emekdaşları ölkemizin müsteqilliyi uğrunda, torpaqlarımızın ermeni işğalçılarından qorunması ve azad edilmesi yolunda canlarını qurban veribler. Bu gün MTN-in Heyder Eliyev adına Akademiyasında geleceyin tehlükesizlik zabiti olacaq xeyli sayda genc oğul ve qızlarımız kursant qisminde tehsil alır. Elbette ki, bu cür düşünülmemiş melumatların KİV-de yer alması xoş tesir bağışlamır.

 

Bundan başqa, yaddan çıxarmamalıyıq ki, Azerbaycan müharibe şeraitinde olan  ölkedir. Yaxın bölgelerde baş veren qanlı hadiseler, o cümleden tüğyan eden beynelxalq terrorçuluğun doğurduğu tehlükeler fonunda milli KİV-imizde Milli Tehlükesizlik Nazirliyinin bir dövlet orqanı kimi nüfuzunun aşağılanması düzgün addım deyil.

 

- Hazırda milli tehlükesizlik naziri vezifesine teyinat olmayıb. Bununla bağlı müxtelif xeberler dolaşmaqdadır. Bu barede ne deye bilersiniz?

 

- Bununla bağlı onu deye bilerem ki, nazir vezifesine teyinat meselesi yalnız möhterem Prezidentimiz, Silahlı Qüvvelerin Ali Baş Komandanı cenab İlham Eliyevin müstesna selahiyyetine aiddir. Eyni zamanda o da qeyd olunmalıdır ki, Milli Tehlükesizlik nazirinin 1-ci müavini, nazir vezifelerini icra eden general-leytenant cenab Medet Quliyevin rehberliyi ile Azerbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvelerin Ali Baş Komandanı cenab İlham Eliyevin bütün emr ve gösterişleri Milli Tehlükesizlik Nazirliyinde derhal ve vicdanla yerine yetirilir.

 

Milli Tehlükesizlik Nazirliyi ölkemizde sabitliyin ve tehlükesizliyin etibarlı temin edilmesi üzre müsbet fealiyyetini ezmle davam etdirir. Ölkenin diger hüquq-mühafize orqanları ile birlikde Milli Tehlükesizlik Nazirliyi terefinden Azerbaycanın milli maraqlarına ve tehlükesizliyine mümkün tehdidlerin qarşısının alınması üçün bütün zeruri qabaqlayıcı, preventiv tedbirler heyata keçirilir. Emeliyyat şeraitine nezaret olunur.


Oxunub 1938 defe