Xəbərlər ::

SİYASƏT :: ““Puşkin” medalını almaq menim üçün böyük fexrdir" - LEYLA ELİYEVA

04-11-2015 18:31

 

"Menim üçün Rusiyanın dövlet mükafatını, "Puşkin" medalını almaq böyük fexrdir".

 

APA-nın Moskva müxbirinin verdiyi melumata göre, bunu Kremlde 4 noyabr Milli Birlik Gününe hesr olunan tenteneli qebulda Heyder Eliyev Fondunun vitse-prezidenti, Rusiya Azerbaycanlı Gencler Birliyinin (AMOR) sedri Leyla Eliyeva deyib.

 

Rusiya prezidentini Milli Birlik Günü münasibeti ile tebrik eden L. Eliyeva fealiyyetine verilen yüksek qiymete göre teşekkürünü bildirib: "Azerbaycan xalqının böyük rus medeniyyetine, edebiyyatına ve incesenetine hörmet simvolu kimi dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidesi Bakının merkezinde ucaldılıb".

 

Rusiya Azerbaycan münasibetlerinin derin tarixi köklere malik olduğunu söyleyen L. Eliyeva bu münasibetlerin uğurla inkişaf etdiyini bildirib: "Humanitar sahede emekdaşlıq ikiterefli münasibetlerin ayrılmaz terkib hissesidir. Azerbaycanda rus dilinde tehsil qorunub saxlanılıb. 300-den çox mektebde rus dili tedris olunur. Bakı Slavyan Universiteti ve Moskva Dövlet Universitetinin Bakı filialı fealiyyet gösterir. Bir qeder evvel ise Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialı açılıb”.

 

L. Eliyeva qeyd edib ki, Azerbaycan xalqı Rusiya ile medeni-humanitar sahedeki elaqelere yüksek qiymet verir. “Men ölkelerimiz arasındakı mehriban qonşuluq ve dostluq elaqelerine öz töhfemi verdiyime göre çox şadam. Bir daha Vladimir Vladimiroviç Putine bu ali mükafata göre teşekkürümü bildirirem. Sizden bu mükafatı almaq menim üçün çox deyerlidir".


Oxunub 313 defe