Xəbərlər ::

SİYASƏT :: Prezident: “Mehkeme sisteminde korrupsiya halları tam aradan qaldırılmalıdır”

05-11-2015 00:12

 “Azerbaycanda mehkeme-hüquq sisteminin tekmilleşdirilmesi prosesi uğurla gedir. Mehkeme-Hüquq Şurasının fealiyyetini xüsusile qeyd etmek isteyirem. Artıq on ildir ki, Şura fealiyyet gösterir. Bu sahede aparılan islahatlar, elde edilmiş nailiyyetler Azerbaycanda mehkeme-hüquq sisteminin möhkemlenmesine, şeffaflığın artırılmasına getirib çıxarıb”.

 

APA-nın xeberine göre, bunu Azerbaycan prezidenti İlham Eliyev Şeki Mehkeme Kompleksinin yeni inzibati binasının açılışındakı çıxışında deyib.

 

 

Prezident bildirib ki, Azerbaycanda hüquqi dövlet quruculuğu prosesi uğurla gedir: “Hüquqi dövlet quruculuğu prosesinin teşebbüskarı ulu önder Heyder Eliyev olmuşdur. Onun teşebbüsü ile 1990-cı illerin evvellerinde çox ciddi addımlar atılmışdır. Müsteqil Azerbaycanın Konstitusiyası qebul edilmişdir. O vaxt bele bir strateji istiqamet müeyyen edilmişdir ki, Azerbaycanda hüquqi dövlet qurulmalıdır, qanunun aliliyi temin edilmelidir ve mehkeme sistemi dünyada mövcud olan en mütereqqi tecrübeye esaslanmalıdır”.

 

Son iller erzinde bu istiqametde böyük nailiyyetler elde edildiyini bildiren prezident qeyd edib ki, Azerbaycanda hüquqi dövlet quruculuğu prosesi süretle gedir: “ Elbette ki, mehkemelerin şeffaflığı, mehkemelerin işi burada xüsusi rol oynayır. Verilen melumata göre, son vaxtlar mehkeme qerarları ile bağlı daxil olan şikayetlerin sayı azalır. Bu, onu gösterir ki, qerarların böyük ekseriyyeti edaletli qerarlardır. Çünki biz daim ictimai reyi öyrenirik. Hem Prezident Administrasiyasına, hem de diger dövlet orqanlarına gelen müracietlere çox diqqetle baxılır ve her bir şikayet esasında araşdırma aparılır. Demeye esas var ki, son vaxtlar bu sahede müsbete doğru deyişiklikler göz qabağındadır”.

 

Ölke başçısı hesab edib ki, görülecek tedbirler ve gelecekde aparılacaq islahatlar neticesinde mehkeme sisteminde şeffaflıq maksimum derecede artırıla biler.

 

Dövlet başçısı vurğulayıb ki, son vaxtlar bu sahede qebul edilmiş qerarlar, xüsusile “Elektron mehkeme” informasiya sisteminin yaradılması şeffaflığın temin olunmasında, hemçinin bürokratik engellerin aradan qaldırılmaısnda mühüm rol oynayacaq: “Bir sözle, mehkeme sistemini daha da müasir ve daha da böyük inama malik olan sisteme çevirecek”.

 

Prezident bildirib ki, hazırda bütün yeni tikilmiş mehkeme komplekslerinde “Elektron mehkeme” informasiya sistemi quraşdırılır ki, bu da çox ciddi islahatdır: “Çünki mehkemelerin qerarları edaletli olmalıdır. Ümumiyyetle, heyatda her şey edalet esasında qurulmalıdır. Edalet pozulduqda elbette ki, hem narazılıq yarana, hem de, ümumiyyetle, cemiyyetin müsbet inkişafı çetinliklerle üzleşe biler. Edaletli qerarlar hem insanlarda dövlete inamı artırır, eyni zamanda, heyatımızı tenzimleyir. Bütün qerarlar edaletli olmalıdır. Mehkeme sisteminde qebul edilmiş qerarlar, aparılan islahatlar, bax, bu meqsedi güdür”.

 

“Qerezli yanaşma olmamalıdır. Korrupsiya hallarına qarşı mübarize daha da ciddi aparılmalıdır. Bir sözle, mehkeme-hüquq sistemi maksimum derecede şeffaf olmalıdır. Bu sahede beynelxalq tecrübenin Azerbaycanda tetbiq edilmesinin çox böyük menası var. Çünki inkişaf etmiş ölkelerde bir çox hallarda biz mehkemelerin şeffaflığını görürük. Elbette ki, her bir ölkede esassız qerarlar da qebul edile biler. Ancaq bütövlükde götürdükde inkişaf etmiş ölkelerde, Avropa ölkelerinde mehkeme sistemi şeffafdır, edaletlidir. Bu da demokratik inkişaf üçün çox önemli bir şertdir” deye, prezident bildirib.

 

Prezident bildirib ki, her bir ölkede problemler, qüsurlar, menfi hallar var: “Bezi hallarda biz Azerbaycanda, Avropada mövcud olan veziyyetle, qüsurlarla bağlı fikirlerimizi ifade edirik. Yeni, biz de tenqide açığıq ve her bir ölke tenqide açıq olmalıdır. Heç bir ölke kamil deyil. Her bir ölkede qüsurlar, nöqsanlar var. Son vaxtlar Avropa qitesinde siyasi sahede, beynelxalq meselelerin hellinde çox ciddi sehvler buraxılıbdır. Ancaq hesab edirem ki, Avropa ölkelerinde mehkeme sistemi nümune ola biler. Burada biz bunu açıq demeliyik. Bu müsbet tecrübeni biz Azerbaycanda tetbiq etmeliyik. Yeni, bu praktika göz qabağındadır. Burada heç bir şey icad etmeye ehtiyac yoxdur. Sadece olaraq işin icrası qebul edilmiş qerarlarla uzlaşmalıdır. Qebul edilmiş qerarlar, atılan addımlar düzgün istiqametde olmalıdır. Eyni zamanda, bunu qanunvericilik de, Prezident terefinden imzalanan serencamlar da tenzimleyir. Esas odur ki, bu, heyatda öz eksini tapsın. Bu qerarların düzgün icrası Azerbaycanda mehkeme sisteminin şeffaflığını artıracaq ve xoşagelmez hallara qarşı bizim siyasetimizi daha da tesirli edecek”.

 

Prezident bildirib ki, Azerbaycanda korrupsiyaya ve rüşvetxorluğa qarşı çox ciddi mübarize aparılır: “İnzibati tedbirler, ceza tedbirleri görülür ve görülecek. Son vaxtlar Azerbaycan ictimaiyyeti görür ki, cemiyyetdeki mövqeyinden asılı olmayaraq korrupsiyaya, rüşvetxorluğa, qanunsuzluğa yol vermiş şexsler ciddi şekilde cezalandırılır. Çünki cemiyyetde heç kim toxunulmaz ola bilmez. Heç kimin immuniteti ola bilmez. Qanun qarşısında her kes beraberdir. Ona göre ceza tedbirleri davam etdirilecek”.

 

Prezident qeyd edib ki, sistem xarakterli, institusional islahatların aparılmasına böyük ehtiyac var: “ Biz korrupsiya, rüşvetxorluq üçün, eger bele demek mümkündürse, meydanı daraltmalıyıq. Azerbaycanda hazırda ele islahatlar aparılmalıdır ve aparılır ki, bu meydan daha da daralsın ve bu bela, bu yara aradan götürülsün”.

 

“Hesab edirem ki, son iller erzinde şeffaflıqla, institusional islahatlarla bağlı atılan addımlar korrupsiya, rüşvetxorluq üçün meydanı böyük derecede daraldıb. Ancaq hele ki, görülesi işler çoxdur ve mehkeme-hüquq sisteminin bu sahedeki fealiyyeti çox önemlidir. İlk növbede, mehkeme sisteminde korrupsiya halları tam aradan qaldırılmalıdır.  Buna yol verilmemelidir. Eyni zamanda, mehkeme qerarları ele olmalıdır ki, bu böyük bela ile bizim mübarizemiz daha da semereli olsun” deye, prezident vurğulayıb.

 

Dövlet başçısı qeyd edib ki, mehkeme sisteminde şeffaflıq ve edaletin tam berqerar olması ümumi demokratik inkişafımıza müsbet tesir gösterir: “Azerbaycan demokratiya yolu ile gedir. Azerbaycanda bütün azadlıqlar - söz azadlığı, metbuat azadlığı, serbest toplaşma azadlığı, vicdan, din azadlığı, siyasi fealiyyet azadlığı temin edilir, heç bir mehdudiyyet yoxdur. Azerbaycanda yaşayan vetendaşlar bunu gündelik heyatda görürler.

 

Azerbaycanda yüzlerle metbu orqan, azad internet mövcuddur. Ehalinin 75 faizi internet istifadeçisidir. Serbest toplaşma azadlığı tam şekilde temin edilir. O, başqa meseledir ki, bezi siyasi qrupların mitinqlerine 200-300 adam yığışır. Ancaq fakt budur ki, heç bir mehdudiyyet yoxdur”.

 

Prezident islahatlardan danışarken hakimlerin maddi teminatının da son iller erzinde xeyli yaxşılaşdığını qeyd edib: “Neye göre? Ona göre ki, normal yaşasınlar. Yeni, dövlet terefinden teminat yüksek seviyyededir, imkan daxilinde daha da artırılacaq. Mehkeme sistemi ele olmalıdır ki, korrupsiyaya, rüşvetxorluğa, edaletsizliye qarşı bizim mübarizemiz daha da tesirli, semereli olsun ve inkişafımıza mane olan bu engeller aradan götürülsün”.

 

“Buna nail olmaq üçün çox güclü siyasi irade var - dövlet terefinden gösterilen irade. Eyni zamanda, çox böyük ictimai destek var - xalq terefinden gösterilen destek. O ki qaldı dövlet memurlarına - vezifeli şexsler öz vezife borcunu şerefle yerine yetirsinler, nöqsanlara yol vermesinler, insanları incitmesinler, esassız telebler ireli sürmesinler. Efsuslar olsun, biz hele ki, bu xoşagelmez menzere ile üzleşirik. Ancaq edaletli istintaq ve edaletli mehkeme qerarları, hesab edirem ki, bu sahede de ciddi irelileyişe getirib çıxaracaq” deye, dövlet başçısı bildirib.

 

 

Prezident qeyd edib ki, heç bir cemiyyet kamil deyil: “ Her bir ölkede pozuntular var. Misal üçün inkişaf etmiş ölkelerde gizli hebsxanalar yaradılmışdır. Bu, neçe il bundan evvel böyük bir beynelxalq qalmaqala çevrilmişdir. İnkişaf etmiş ölkeler, demokratiyanın beşiyi sayılan ölkeler bax, bu işlerle meşğuldurlar. İnsanlar qanunsuz, mehkeme qerarı olmadan illerle hebsxanalarda saxlanılır. Bu, yaraşarmı inkişaf etmiş ölkelere?! Elbette, yaraşmaz. Bezi hallarda inkişaf etmiş ölkelerde insanlar siyasi fealiyyete göre hebs edilir, saxlanılır. Bezi hallarda onları neçe il girov kimi saxlayırlar. Bezi hallarda inkişaf etmiş ölkelerde esassız, edaletsiz hökmler çıxarılır. Bu, göz qabağındadır. Kimin pulu varsa, gedir güclü vekil tutur ve mesuliyyetden boyun qaçırır. Yeni, bu, her bir ölkede var. Amma men isteyirem ki, Azerbaycanda olmasın. Men isteyirem ki, Azerbaycanda her şey edaletli olsun. Eminem ki, siz de bunu isteyirsiniz, Azerbaycan xalqı da bunu isteyir” deye, prezident vurğulayıb.

 

Prezident mehkeme işçilerinin öz vezife borclarını bundan sonra da şerefle yerine yetireceklerine ve cemiyyetde mehkemelerin fealiyyeti ile bağlı heç bir narazılıq olmayacağına eminliyini ifade edib: “Ne vaxt ki, mehkeme qerarları ile bağlı şikayetler daxil olmayacaqsa, o vaxt bileceyem ki, biz artıq istediyimize nail ola bilmişik”.

 

 


Oxunub 536 defe