Xəbərlər ::

HADİSƏ :: Astaralı “Mauqli” tapıldı

05-11-2015 09:51

Astarada  itkin düşmüş 16 yaşlı oğlan tapılıb.  APA TV-nin Cenub bürosunun melumatına göre, rayonun Rine kend sakini, 1999-cu il tevellüdlü Şahid Kerem oğlu Ezizov oktyabrın 26-da seher saat 9.00 radelerinde qoz yığmaq üçün meşeye gedib ve bir daha geri qayıtmayıb.
 
Faktla bağlı derhal rayonun hüquq mühafize orqanları melumatlandırılıb. 10-cu sinif şagirdi olan Şahid Ezizovun axtarışına hemçinin kend sakinleri celb olunublar. 
 
İtkin düşdüyü güman edilen genc oğlan oktyabrın 31-de - cemi 5 gün sonra sağ-salamat  evine qayıdıb.
 
İlkin versiya kimi, onun evden getmesine sebeb ailesinden incik düşmesi bildirilirdi. Lakin hem Şahid, hem de atası Kerem kişi bu iddiaların heqiqete uyğun olmadığını bildiribler.
 
Şahidin sözlerine göre, duman olduğundan, o, meşede azaraq eve qayıda bilmeyib. Havanın qaraldığını görende defelerle qışqıraraq yaxınlarını kömeye çağırıb.
 
"Geceler ağacda gizlenirdim. Qoz, meyve yemekle aclığın qarşısını alırdım. Nehayet, mal-qaranın ayaq izleri ile gelib eve çıxdım".
 
Eve gelen Şahidin dili qorxudan tutulub ve bir neçe gün danışa bilmeyib.
 
Kerem Ezizovun sözlerine göre, oğlunun evden küserek getdiyi barede ehtimallar tamamile esasızdır.


Oxunub 261 defe