Xəbərlər ::

SOSİAL :: Tehsil naziri YUNESCO-nun 38-ci sessiyasında çıxış edib

05-11-2015 11:03

Noyabrın 4-de YUNESCO-nun Baş Konfransının 38-ci sessiyası çerçivesinde tehsil nazirlerinin yüksek seviyyeli görüşü olub.

Tehsil Nazirliyinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, tehsil naziri Mikayıl Cabbarov çıxışında “İncheon” beyennamesine toxunaraq onun tehsilin inkişafı sahesinde beynelxalq emekdaşlıq prosesinde mühüm addım olduğunu qeyd edib. O, bildirib ki, tehsil sahesinde gösterilecek seylerin birleşdirilmesi davamlı inkişaf üçün çox vacibdir. “Tehsil -2030 Fealiyyet Planı”nın qebul edilmesi de bu uğurlu birge seylerin tetbiq edileceyinin göstericisidir.

Bele addımların YUNESKO-nun semereliliyini bir daha aydın şekilde nümayiş etdirdiyini bildiren M.Cabbarov yeni ruh yüksekliyi ile innovativ yolların axtarışının vacibliyini vurğulayıb. O, tehsilin inkişafının yoxsulluq ve ekstremizmle mübarizede en yaxşı vasite, beşeriyyetin üzleşdiyi bir çox problemlerin helli üçün açar olduğunu diqqete çatdırıb.

Mikayıl Cabbarov ölkemizde tehsil sahesinde yeni islahatların heyata keçirilmesi üçün feal addımlar atıldığını vurğulayıb. Nazir ilk növbede uşaqların semereli tehsil modeline uyğun inkişafına dair proqramların reallaşması istiqametinde görülen işlerden danışaraq inkluziv tehsilin tetbiqi meselelerine de toxunub.

Nazir, torpaqlarımızın Ermenistan silahlı qüvveleri terefinden davamlı işğala meruz qalması neticesinde yaranan çetin veziyyete baxmayaraq Azerbaycan hökumetinin tehsil sektoruna geniş sermaye yatırdığını bildirerek, ölkemizde mekteblerin 70 faizinin esaslı temir olunduğunu ve ya yeniden tikildiyini bildirib.

Çıxışının sonunda “Tehsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmek ise geleceyi itirmekdir”,- deyen Mikayıl Cabbarov tehsilin ne derecede ehemiyyetli olduğunu bir daha diqqete çatdırıb.

Qeyd edek ki, Mikayıl Cabbarovun çıxışı zamanı söylediyi “Tehsilsiz uşaq itirilmiş uşaqdır, uşağı itirmek ise geleceyi itirmekdir” fikri YUNESKO-nun “Tvitter” sehifesinde paylaşılıb. Görüşde növbeti il üçün tehsilin inkişafı meselelerine dair büdce layihesi qebul olunub.

 

 


Oxunub 233 defe