Xəbərlər ::

MƏDƏNİYYƏT :: Xalq artisti: "Xesteliyim haqda heç ne danışmaq istemirem"

01-08-2015 05:37

Azerbaycan kinosunun ve teatr sehnesinin incilerinden biri olan Sefure İbrahimova artıq illerdir ki, qapalı heyat terzi keçirir. Milli.Az emekdaşının telefon zengine cavab veren aktrisa 2 avqust - Milli Kino Günü münasibetile hemkarlarını tebrik edib, bir sıra giley-güzarını da dile getirib:

 

"Sehhetimle elaqedar olaraq uzun müddetli müalicedeyem. Bunun üçün de mene çöle çıxmaq olmaz, çünki havanın isti keçmesi sehhetime çox pis tesir edir. Xesteliyim haqda heç ne danışmaq istemirem, çünki bu, mene aiddir, menim sağlamlığımdır. Bilmirem müalicem ne vaxt bitecek. Bu il de kino günü keçirilen heç bir tedbire qatılmayacağam. Heç maraqlanmırlar, kinoittifaqdan zeng de olunmayıb. Ola bilsin ki, sağalım ve gelen il kino gününde iştirak edim. Tekce bu günlerde aktrisa Nuriyye Ehmedova zeng edib telefonda menimle bolluca danışdı. Görüşmek istediyini bildirdi, sehhetim yaxşı olmadığından görüşe bilmedim. Allah ondan razı olsun. Bilirem ki, menim üçün çox darıxıblar, amma men kinoda artıq öz sözümü deyib kenara çekilmişem. Bu gün genclere imkan yaratmaq lazımdır, bizler geri çekilmeliyik ki, onlar irelide olsun. Bu, heyatın qanunudur. Bugünkü yaşayışımdan çox razıyam, elimde olan her şeyle kifayetlenmişem. Kino günü münasibetile bütün kino işçilerini tebrik edirem, arzu edirem ki, yaxşı filmler çeksinler".

 

Qeyd edek ki, Sefure İbrahimova Hüseyn Cavidin "İblis" faciesinde oynadığı Rena roluna göre 1984-cü ilde dövlet mükafatına layiq görülüb. Ona 1974-cü ilde emekdar artist, 2002-ci ilde ise xalq artisti fexri adları verilib. S.İbrahimovanın sehhetinde problemler yarandığından o, 2005-ci ilde teatrdan uzaqlaşıb. Bu ilin dekabrından aktrisanın 78 yaşı tamam olacaq.


Oxunub 465 defe