Xəbərlər ::

SOSİAL :: Müğenni Samire Allahverdi: “Her şey adileşdi...”

05-11-2015 19:06

“Her bir sahenin adamı uğur elde edende çox sevinir. Men de sevinirem”. Bu fikirleri APA TV-nin “Seher zengi” verilişinde qonaq olan müğenni Samire Allahverdi deyib.

 

İfaçı son zamanlar çox çalışdığını ve xeyli iş gördüyünü bildirib: “İki mahnı yazdırdım, 1 klip çekdirdim. Menim üçün mahnı yazdırmaq çetindir. Çünki bu meseleye çox ciddi yanaşıram. Her mahnını, her besteni beyenmirem. Yeqin bu ondan ireli gelir ki, her mahnını özelleşdire bilmirem. Yazdırdığım mahnılardan biri illerle sevilen Metanet İsgenderlinin repertuarından “Axtarma meni”dir. Bu mahnını hamı sevir. Hele ki, gündeme getirmemişem. Bu hefte sonundan etibaren bütün verilişlerde seslenecek. “Vefasız heyat” adlı diger mahnının musiqisi, sözleri ve aranjemanı Muxtar Abseynova aiddir. Cemiyyetde neqativin çox olması meni çox narahat edir. Bu sebebden de özüm ona müraciet etdim ki, bele bir mahnı yazsın ve “Çaresizem” adlı mahnıya klip çekdirdim”. Müğenni bildirib ki, sözügeden klip “Nerimanfilm” studiyası ile ukraynalı rejissor Artyom Titeyevin birge işidir: “Keyfiyyeti dünya standartlarına uyğundur. Yüksek keyfiyyetli yerli texnikadan istifade olunmuşdu, amma bununla bele, rejissor beyenmemişdi. İlk işbirliyimiz idi. O daha keyfiyyetli netice üçün kran çekilişi de etmek isteyirdi. Amma buna baxmayaraq, bahalı klipdir. Onlar ferqli işleyirler, paltara, makiyaja qeder her şeyi bilmelidirler”.

 

Samire Allahverdi qeyd edib ki, klip çekilen müddetde bezi hallarda rejissorla onun fikri üst-üste düşmeyib: “Bezen çekiliş prosesinde fikir ayrılığı olurdu. Menim xeberim olmadan heykelteraş olan sehne çekilmişdi. Klipin en bahalı kadrı o idi. Amma meni qane elemedi ve hemin kadrı çıxartdım. Bundan başqa, mende hemişe saçla bağlı problem olur. İsteyirem, üreyimce olsun. Rejissor dedi ki, “isteyirem, saçların uzun, havalı olsun”. Paltarıma qeder her şeye diqqet edirdi. Buna baxmayaraq, iş prosesinde ortaq mexrece gelmeyi bacarırdıq. Çox xoş oldu onunla işlemek, mülayim, xoş insandır. İşini çox sevir. Bunu da deyim ki, razılıq vermeden önce onun işlerine baxdım”.

 

Xanım ifaçı mahnıların seçim prosesinden de behs edib: “Zeng edirler, mahnı gönderirler. Amma daha çox dest-xettini bildiyim bestekara müraciet edirem. Son zamanlar en çox Muxtar Abseynovla işleyirem. Onun üslubunu beyenirem. Adeten, özüm ona müraciet edirem. Tünzale Ağayevanın 3 mahnısını ifa etmişem. Amma işleri çox olduğu üçün tez-tez müraciet ede bilmirem”. Müğenni hemçinin, son iller estrada musiqisinde baş veren proseslere münasibet bildirib: “10 il önce her şey ferqli idi. O zaman biz teqdimatlara hevesle gedirdik. Bize maraqlı idi ki, orada kimler olacaq? Amma her şey adileşdi. Bundan elave de, ucuzlaşdı. Mahnıların janrı bele deyişib. Estrada müğennilerinden sırf gündemde qalmaq üçün terzini deyişen oldu. 6/8 ritminde mahnılar çoxaldı. El şenliklerinde yalnız bu terzde ifalara telebat var. Bu bizim qanımızda var. Amma bele olmamalıdır. Samire 6/8 ritminde mahnı oxumur. Düzdü, mecbur qaldığım üçün ifa edirem. Amma Samire kimi öz mahnılarımı da oxumaq isteyirem”.

 

Onun sözlerine göre, bezi aparıcıların qonaqlarla reftarı heç de ürekaçan deyil: “Bir çox aparıcılar düşünürler ki, qonaqla istedikleri kimi danışa bilerler. Adını müasirlik qoyublar. Amma bunu biz etmişik.  Evveller verilişlerde senzura var idi. Eger meni 10 verilişe çağırırdılarsa ve men ora severek gedirdimse, indi seçim edirem. Kim inciyir, qoy incisin”.  

 


Oxunub 303 defe