Xəbərlər ::

SOSİAL :: Sabunçuda dindarlarla polis arasında yaşanan insidente RESMİ MÜNASİBET

06-11-2015 13:45

 

 

Dini Qurumlarla İş üzre Dövlet Komitesi Sabunçu rayonunda baş veren hadise ile bağlı açıqlama yayıb

 

Dini Qurumlarla İş üzre Dövlet Komitesi Sabunçu rayonunda baş veren hadiseye münasibet bildirib.

 

Komitenin metbuat xidmetinden APA-ya verilen melumata göre, DQİDK-nın sedr müavini Seyavuş Heyderov bildirib ki, resmi qeydiyyatdan keçmemiş Müselman Birliyi Herekatı adlanan qurumun idare heyetinin sedr müavini kimi teqdim olunan Elçin Qasımov noyabrın 5-de Sabunçu rayon polis idaresinin emekdaşları terefinden xüliqanlıq hereketlerine yol verdiyi üçün saxlanılaraq polis idaresine aparılıb.

 

"Elçin Qasımovun saxlanılmasına etiraz bildiren bir qrup şexs polis idaresinin qarşısına gelerek ictimai asayişi pozmağa cehd gösterib. Neticede polis emekdaşlarına müqavimet gösteren şexsler de xüliqanlıq hereketlerine yol verdiyi üçün saxlanılıb. Onu da qeyd edim ki, Elçin Qasımov ve diger şexsler resmi din xadimleri ve dini icma üzvleri deyiller ve bu barede onlar terefinden Qafqaz Müselmanları İdaresine ve Dini Qurumlarla İş üzre Dövlet Komitesine heç bir müraciet olmayıb. Hemin şexslerin dini ibadet yerlerinde dini ayinlerin icrasına rehberliyi heyata keçirmelerine resmi icazeleri yoxdur. Lakin defelerle onlar terefinden dini ayinlerin icrası adı altında ictimai asayişi pozmağa cehdler gösterilib. Neticede dinden istifade etmekle siyasi xarakterli hereketler-çağırışlar edibler. Defelerle onlara müvafiq dövlet orqanları terefinden xeberdarlıq edilmesine baxmayaraq, qanunazidd hereketlerini davam etdiribler. Hazırkı şeraitde ise bu tipli adamlar özlerinin xuliqanlıq hereketlerini dini amille perdelemeye çalışırlar. Ölkemizde enenevi islami deyerler qorunur ve her kesin dini ayinleri icrasına heç bir maneçilik yoxdur", - deye açıqlamada qeyd olunur.


Oxunub 227 defe