Xəbərlər ::

SİYASƏT :: Eli Kerimli ve Arif Hacılı KXCP-nin qurultayına qatılmadı

01-08-2015 11:38

 

Settar Behlulzade adına Medeniyyet Sarayında Klassik Xalq Cebhesi Partiyasının (KXCP) III qurultayı keçirilir.

 

APA-nın melumatına göre, qurultayda KXCP sedri Mirmahmud Mirelioğlu çıxış edib.

 

M. Mirelioğlu bildirib ki, 55 rayonda qurultaya hazırlıq üzre konfrans keçirilib, 298 nümayende seçilib. O, qurultayda 230 nümayendenin qeydiyyatdan keçdiyini bildirerek, yetersayın olduğunu qeyd edib.

 

Daha sonra mandat ve say komissiyası seçilib.

 

Sonra qurultaya qonaq qisminde devet olunan siyasi partiyaların rehberleri çıxış edib.

 

Qurultayda Müsavat Partiyasının sabiq başqanı İsa Qember, BAXCP, AXP, VİP, Edalet Partiyası, AMİP ve diger partiyaların sedrleri iştirak edirler.

 

AXCP sedri Eli Kerimli ve Müsavat başqanı Arif Hacılı qurultaya devet olunsa da, qatılmayıblar.

 

Devet olmasına baxmayaraq, YAP-dan qurultayda iştirak eden yoxdur.


Oxunub 393 defe