News ::

SOSİAL :: Aydın Eliyev sedri İsveçrenin yeni sefiri ile görüşüb

06-11-2015 15:44

 

Noyabrın 6-da Dövlet Gömrük Komitesinin sedri, gömrük xidmeti general-leytenantı Aydın Eliyev İsveçre Konfederasiyasının Azerbaycana yeni teyin olunmuş sefiri Filip Stalderi qebul edib.

Gömrük Komitesinin metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, DGK sedri Aydın Eliyev Azerbaycan ve İsveçre arasında elaqelerin genişlenmesinde gömrük orqanlarının da üzerine mühüm vezifelerin düşdüyünü bildirerek gelecekde gömrük xidmetlerinin qarşılıqlı münasibetlerinde emekdaşlığın derinleşdirilmesi üçün qarşılıqlı fealiyyetin, tecrübe mübadilesinin ehemiyyetini diqqete çatdırıb.

 

Respublikamızda sefir kimi fealiyyetinden memnunluğunu ifade eden İsveçre Konfederasiyasının Azerbaycandakı sefiri Filip Stalder ölkemizde herterefli inkişafın şahidi olduğunu diqqete çatdırıb. İki ölke arasında iqtisadi, siyasi, medeni elaqelerin hazırkı durumunu yüksek qiymetlendiren sefir F.Stalder ölkesinin bütün sahelerde, o cümleden gömrük sferasında Azerbaycanla emekdaşlığı inkişaf etdirmekde maraqlı olduğunu qeyd ederek, diplomatik fealiyyeti müddetinde ikiterefli elaqelerin inkişafı üçün seylerini esirgemeyeceyini bildirib.

 

Ümumdünya Gömrük Teşkilatının Potensialın Güclendirilmesi üzre Bakı şeherinde yerleşen Avropa Regional Ofisine isveçreli mütexessis-Roger Hermanın rehberlik etmesini dile getiren isveçreli diplomat iki ölkenin uyğun qurumları arasında elaqelerin gelecek perspektivlerinden de behs edib.

 

 


Views 360 times