Xəbərlər ::

SOSİAL :: Mekteblilerin payız tetili ile bağlı nazirlikden AÇIQLAMA

06-11-2015 15:49

Payız tetilinden sonra ümumtehsil müessiselerinde dersler ferqli vaxtlarda başlayacaq.

 

Tehsil Nazirliyinin metbuat xidmetinden Payiz.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtehsil mektebinin Nümunevi Nizamna­mesi”nde deyişiklikler edilmesi haqqında” Nazirler Kabinetinin qerarına esasen, ders ili erzinde 5 gün payız tetili (16-20 noyabr) müeyyen edilib.

 

Noyabrın 20-si heftenin beşinci gününe tesadüf etdiyinden 2015-2016-cı ders ilinde 5 günlük iş heftesi ile işleyen ümumtehsil müessiselerinde payız tetilinden sonra dersler noyabrın 23-de, 6 günlük iş heftesi ile işleyen müessiselerde ise noyabrın 21-de başlayacaq.

 

Qeyd edek ki, tehsil naziri Mikayıl Cabbarovun imzaladığı emrle 2015-2016-cı tedris il erzinde aşağıdakı tetiller müeyyen edilib: 5 gün payız tetili (16-20 noyabr), 5 gün qış tetili (27-31 yanvar), ibtidai sinifler üçün ise 5 günlük (1-5 may) elave yaz tetili. 


Oxunub 368 defe