Xəbərlər ::

SİYASƏT :: Dövlet Departamenti: “PKK hücumları dayandırmalıdır”

01-08-2015 12:17

 

 

“Türkiyenin kimin toxunulmazlığının olması, bunun hansı veziyyetlerde ve nece qaldırılması sahesinde köklü demokratik prosedurları mövcuddur”.

 

APA-nın xeberine göre, bunu ABŞ Dövlet Departamenti sözçüsünün kömekçisi Mark Toner Vaşinqtonda keçirdiyi metbuat konfransında bildirib. O, bezi millet vekillerinin toxunulmazlığının qaldırılması üçün Türkiye Böyük Millet Meclisine edilen müracietle bağlı suala cavab olaraq, deyib ki, Türkiye bunu özü müeyyenleşdirir.

 

M. Toner PKK terror teşkilatına qarşı İraqın şimalında aparılan emeliyyatlara münasibet bildirerken, Türkiyenin PKK-nın hücumlarına qarşı özünü müdafie etmek hüququnun olduğunu vurğulayıb: “PKK-nın derhal şiddeti dayandırması ve sülh yolu ile çözüm prosesine qayıtması lazımdır. Bildirilmelidir ki, PKK Türkiyede polis ve herbçilere silahlı hücum edir. Türkiye özünü müdafie etmek hüququna malikdir. PKK hücumları dayandırmalıdır. Türkiye ise  hücumlara qarşı daha adekvat cavab vere biler”.


Oxunub 443 defe