Xəbərlər ::

İQTİSADİYYAT :: (R) “DemirBank”ın stabil reytinqi “Fitch Ratings” Agentliyi terefinden tesdiqlendi

06-11-2015 16:59

 

“Fitch Ratings” Beynelxalq Reytinq Agentliyi “Demirbank"ın reytinqini "B" olaraq tesdiqleyib ve Bankın reytinq üzre proqnozu "Stabil" kimi qiymetlendirilib.  

Öten ille müqayisede “DemirBank” biznes kreditleri üzre bazar payını artırmış ve bu istiqametde Bankın aktivlerinin keyfiyyeti “Fitch Ratings” agentliyi terefinden müsbet qiymetlendirilmişdir.

“DemirBank”ın beynelxalq reytinqleri ölkede özel banklar sırasında en yüksek reytinqlerdendir, reytinq üzre “stabil” proqnozları ise Bankın uğurlu inkişafından xeber verir.

Hazırda ölkede fealiyyet gösteren banklardan yalnız az hissesi beynelxalq reytinqe malikdir. Bankın reytinqi onun beynelxalq elaqelerinin ve emekdaşlığının genişlenmesinde de mühüm ehemiyyet kesb edir. “DemirBank” beynelxalq reytinqlerin verilmesi sahesinde dünyada aparıcı mövqelere malik olan “Fitch Ratings” agentliyi terefinden ilk defe olaraq 2004-cü ilde qiymetlendirilmişdir.

“DemirBank”ın sehmdarları sırasına “25% + 1 sehm” paketi ile Avropa Yenidenqurma ve İnkişaf Bankı (EBRD) ve 10% sehm paketi ile Hollandiya İnkişaf Maliyye Şirketi (FMO) kimi beynelxalq maliyye teşkilatlarının temsil olunması da Bankın beynelxalq reytinqine müsbet tesir edir.


Bankla elaqe saxlamaq üçün:

Melumat Merkezi :  (012) 149

 http://www.demirbank.az/?/az/

www.facebook.com/demirbank.az


Oxunub 367 defe