Xəbərlər ::

SOSİAL :: Falçı Yegane: "Bir neçe il sonra falçılıqdan pensiyaya çıxacağam"

06-11-2015 17:42

Bezi şeylere inanmaqda çox zaman tereddüd edirik. Allaha, onun peyğemberlerine, gönderdiyi müqeddes kitablara, demek olar ki, hamımız inanırıq. Bes fala, falçıya nece?
 
Paytaxt sakinleri arasında "Fala inanırsınızmı?" sualına cavab axtardıq.
 
- Xeyr, heç inamım yoxdur. Bu xurafatdır. Kimse xestedirse, hekime getsin. Falçı ve yaxud ekstrasens insanın heyatında neyise deyişe bilmez.
 
- İnanmıram fala. Onların ekseriyyeti deleduzluqla meşğuldur. Guya kimese ruzi verirler, kömek edirler. Bunlar insanların sadelövhlüyünden istifade edenlerdir.
 
- İnsan isteyir ki, sabah ne olacaqsa, onu bilsin. Fala inanıram. Bir neçe defe de fala baxdırmışam. Onların dedikleri arasında düz olanı da var, olmayanı da.
 
İnsanların dar meqamlarda falçılara, cadugerlere müracieti bütün dövrlerde olub. Bu mövzu hazırda da aktualdır.
 
Dini Qurumlarla İş üzre Dövlet Komitesi falçılıqla meşğul olanların fealiyyetinin qadağan edilmesini tenzimleyecek layihesi hazırlayıb. Bes falçıların bu qadağaya münasibeti necedir?
 
APA TV-ye müsahibesinde Azerbaycanda meşhur baxıcı kimi tanınan Yegane Zeynalova Dini Qurumlarla iş üzre Dövlet Komitesinin falçılıqla bağlı qadağasına münasibet bildirib: "İlk növbede falçılıq da, ekstrasens, baxıcı, sınıqçı, çöpçü, cadu çıxardan da bineyi-qedimden var. Heç bir qüvve bunun qabağını ala bilmez. Bilmirem fikrimi çatdıra bildim size? Yeni falçılığı heç kim qadağan ede bilmez. Yeni tövbe etmek olar, bu var".
 
Su ile fala baxan Yegane Zeynalova iddia edir ki, onun bu istedadı Allah vergisidir.  Falçılıq peşesinin tarixi kökleri olduğunu deye Yegane Zeynalovanın sözlerine göre, cadu etmek de, cadu çıxarmaq da qedimden mövcuddur: "Mene bir nefer gelsin desin ki, Yegane, sen kimese pislik etmisen, birinin toyuğuna daş atmısan. Menim yanıma 3 gün sonra rehmete gedecek adam gelib ki, hekimler onu aldadır. Deyirler ki, yaşamaq isteyirsense, pul xercle. Yeni sizce, falçılar insanlara kömek edir? Beli, elemeseler, işleye bilmezler. Menim qapımı döyüb deyir ki, Türkiyeden gelmişem, Lenkerandan, Masallıdan ve s. Bax, gör menim bu işim alınacaqmı? Men de baxıram, deyirem. Amma her adama da yox, xahişle-minnetle baxıram. Bedeninde harda xal var, deyirem, xestelik var, deyirem. Amma kimse mene deye bilmez ki, qapını bağla, bu işi görme. Amma men de bu işlerden yorulmuşam, ehd elemişem Hecce gedim, ziyaret edim, axı men milletime pislik elememişem".
 
Falçı xanım deyir ki, falçılar insanları öldürmür, şefa verir ve cadulardan temizleyirler. Amma Hecc ziyaretinde olmuş insanların bu işlerle meşğul olunması düzgün deyil: "Hecce gedib, şeytana daş atıb hacı xanım olan adam burda fala baxa bilmez. Ruslarda da İsa peyğemberi ziyaret edib gelib, fala baxmaq qebul olunmazdır. Qalan her kes bu peşe ile meşğul ola biler? Yox! Bu seçilmişlerin işidir".
 
Meseleye münasibet bildiren Dini Qurumlarla İş üzre Dövlet Komitesinin sedri Mübariz Qurbanlının sözlerine göre, dini ayinlerin ve merasimlerin yalnız resmi aidiyyeti şexsler terefinden keçirilmesi ile bağlı komite terefinden qerar layihesi hazırlanır: "İnsanlıq mövcud olduqca, bu cür hallar mövcud olacaq. Sivil dünyada bu nizama salınır. Beli, ele insanlar var ki, tebieten onlar evvelceden neyise hiss etmek ve görmek kimi fitri istedada malik olur. Müasir dövrde bu ekstrasensler yoxlanır, onlar xüsusi lisenziya alır, yeni bu lisenziya dövlet terefinden verilmir. Bunun üçün xüsusi qurum yaradılır. Onun bu qabiliyyeti yoxlanır ve inkar edilmir. Eger bele hallar mövcud olmasa, tarix kitablarında bunu xatırladan epizodlar olmazdı. Meselen, Nostradamusdan başlamış Vanqaya qeder. Onların dedikleri içerisinde önceden görmelerin olması özünü doğruldub. Ancaq bir de var ki, kimlerse metbuat vasitesile elanlar verir, insanlara yalançı vedler verir, onların hansısa xestelikden qurtulacağına eminlik yaradır. Bu cür elanlar kifayet qederdir. Guya cadu tapır, cadu axtarır, insanların ruhunu temizleyir ve s. Bu kimi insanlar şarlatan simasında fealiyyet gösterir".
 
Mübariz Qurbanlı deyir ki, Dini Qurumlarla İş üzre Dövlet Komitesi falçılıq fealiyyetini qadağan etmir, ideoloji ve maariflendirme yolu ile insanları xurafatdan xilas etmeye çalışır: "Kimse "falçılığı qadağan edirem" deye bilmez. Bunu nece qadağan etmek olar ki? Söhbet buna qarşı mübarizeden gedir. Kimese demek olmaz ki, sen avamcasına kiminse qarşısında oturma. Eger insan gedib falçıya sığınırsa, demeli, öz taleyini digerinin ümidine buraxır. İkinci növbede dinden uzaqlaşmış olursan. Çünki Allahın varlığını qebul etmisense, gedib başqasından taleyini soruşa bilmersen. Yeni bende bunu bilmez. Elanla insanları aldatmaq olmaq. Bunun üçün hüquq sisteminde qabaqlayıcı tedbirler görülmelidir. Biz xurafata, falçılığa qarşı maarifçiliyin genişlenmesine çalışırıq".
 
Komite sedri deyir ki, semavi dinlerde, o cümleden İslamda falçılıq onsuz da qebul edilmir.


Oxunub 3176 defe