Xəbərlər ::

HADİSƏ :: Sabunçudakı aksiya teşkilatçılarından 8 nefer hebs edildi

06-11-2015 20:56

Bu il noyabrın 5-de Sabunçu rayonu erazisinde ictimai qaydanı pozan xırda xuliqanlıq hereketlerine yol verdiklerine göre Bakı şeher sakinleri Elçin Qasımov ve Sahib Hebibov rayon polis idaresinin emekdaşları terefinden saxlanılıblar.

 

 

Daxili İşler Nazirliyinin (DİN) metbuat xidmetinden APA-ya daxil olan melumata göre, bu barede Baş Prokurorluq ve DİN-in birge melumatında bildirilib.

 

Melumatda qeyd olunub ki, bundan derhal sonra, özlerini dini herekatın terefdarları adlandıran ve ümumi sayı 60 neferedek olan bir qrup şexs hemin polis orqanının inzibati binasının qarşısında toplaşaraq onların azad edilmesi telebi ile razılaşdırılmamış aksiya keçirmeye cehd gösteribler.

 

“İctimai qaydanın pozulmasına yönelen hereketlerin dayandırılması barede polisin xeberdarlıqlarına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd emellerini davam etdirmiş, daxili işler orqanları emekdaşlarının ünvanına tehqiramiz ifadeler seslendiribler. Onlar daş ve küt aletlerle asayiş keşikçilerine müqavimet gösterib ve neticede iki polis emekdaşı  beden xesareti alıb” deye melumatda qeyd olunub.

 

Melumatda qeyd olunub ki, qanunsuz aksiyanın feal iştirakçılarından 8 neferi saxlanılıb, onların hüquqazidd hereketleri senedleşdirilerek müvafiq materiallar Sabunçu rayon mehkemesine gönderilib.

 

Mehkemenin qerarı ile saxlanılmış şexsler baresinde İnzibati Xetalar Mecellesinin 298-ci (toplantıların teşkili ve keçirilmesi qaydasının pozulması) ve 310-cu (polis işçisinin qanuni telebine qesden tabe olmama) maddeleri ile on günden bir ayadek müddete inzibati hebs tetbiq edilib.

 

DİN bir daha qeyd edib ki, ölkede asayişin ve sabitliyin pozulmasına yönelmiş bütün cehdlerin qarşısı gelecekde de qetiyyetle alınacaq.


Oxunub 304 defe