Xəbərlər ::

HADİSƏ :: Silahlı qüvvemiz düşmenin sengerine 109 ateş zerbesi endirib

07-11-2015 10:13

Ermeni silahlı bölmeleri cebhenin müxtelif istiqametlerinde iriçaplı pulemyotlardan da istifade etmekle sutka erzinde ateşkes rejimini ümumilikde 103 defe pozub. Payiz.Az-ın Müdafie Nazirliyine istinaden melumatına göre, Ermenistan Respublikası İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Dovex kendlerinde yerleşen mövqelerden Qazax rayonunun Qızılhacılı, Kemerli kendlerinde yerleşen mövqelerimiz ateşe tutulub.

 

Goranboy rayonunun Talış, Gülüstan, Terter rayonunun Yarımca, Çilebürt, Ağdam rayonunun Şıxlar, Cevahirli, Kengerli, Sarıcalı, Novruzlu, Şuraabad, Qaraqaşlı, Merzili, Yusifcanlı, Xocavend rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbeyli, Qorqan, Aşağı Seyidehmedli, Cebrayıl rayonunun Mehdili kendleri yaxınlığında, hemçinin Göygöl, Xocavend, Füzuli ve Cebrayıl rayonları erazisindeki adsız yüksekliklerde yerleşen mövqelerden de Silahlı Qüvvelerimizin mövqeleri ateşe tutulub.

 

Azerbaycan Silahlı Qüvveleri emeliyyat şeraitini nezere alaraq düşmenin ateş nöqtelerine, mövqelerine ve sengerlerine 109 defe ateş zerbesi endirib.


Oxunub 327 defe