Xəbərlər ::

SOSİAL :: “Böyük İpek Yolu”nun temsilçileri Eli Hesenovla görüşübler

07-11-2015 11:32

Noyabrın 5-den 7-dek Bakıda “Böyük İpek Yolu” Beynelxalq Gencler İttifaqının idare heyetinin növbeti iclası keçirilib. Payiz.Az-ın melumatına göre, iclasda Azerbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Merakeş, Türkiye, Yunanıstan, Gürcüstan, ümumilikde 10 ölkeden İdare Heyetinin üzvleri iştirak edibler.

 

İdare Heyetinin üzvleri Azerbaycan Prezidentinin İctimai-siyasi meseleler üzre kömekçisi, İctimai-siyasi meseleler şöbesinin müdiri  Eli Hesenovla görüşübler.  Görüşde E. Hesenov Böyük İpek Yolu Beynelxalq Gencler İttifaqına üzv gencleri salamlayaraq  onlara öz teşekkürünü bildirib. Onları maraqlandıran sualları cavablamağa hazır olduğunu vurğulayıb.

 

Daha sonra Eli Hesenov Medeniyyetlerarası dialoqun inkişafında  “Böyük İpek Yolu” BGİ –nin uğurlu fealiyyetini yüksek qiymetlendirerek teşkilatın daha da genişlendirilmesinin vacib olduğunu  diqqete çatdırıb. Qeyd edib ki, teşkilat üzvlerinin sayının artırılaraq her ölkeden bir deyil bir neçe gencler teşkilatının celb edilmesi daha meqsedeuyğundur: “Azerbaycanda gencler siyaseti dövlet siyasetinin prioritet istiqametlerindendir. Ölke Prezidenti Gencler ve İdman sahesine xüsusi önem verir. Çünki gencliyini düşünmeyen Xalqın perspektivi ola bilmez. Dövletimiz  çalışır ki, genclerimiz daha sağlam, savadlı, intellektual ve kreativ istiqametlerde inkişaf etsinler. Bu sahede fealiyyet gösteren teşkilatların qarşısında duran esas mesele ise genclere destek olmaqdır. Müxtelif dinleri ve medeniyyetleri bir araya getirmek, her bir xalqın medeniyyetinde gözel keyfiyyetleri, müsbet cehetleri tebliğ etmek lazımdır. Size bu yolda uğurlar arzulayıram. Ümid edirem ki, Azerbaycandan en yaxşı nümuneleri götürecek, ölkemizden dost olaraq ayrılacaqsınız”.

 

“Böyük İpek yolu” Beynelxalq Gencler İttifaqının sedri Fuad Muradov Eli Hesenova qebul üçün teşekkürünü bildirib, Bakıda başlayan  “Böyük İpek Yolu” Beynelxalq Gencler İttifaqının İdare Heyetinin növbeti iclası haqqında geniş melumat verib.

 

Qeyd edib ki, İttifaq üzvleri Bakı, Astana, İstanbul, Budapeşt ve Saloniki şeherlerinde İdare heyetlerinin iclaslarını keçiribler. İttifaqın gördüyü işler haqqında melumat veren Fuad Muradov onu da elave edib ki, teşkilatın “Genc şairelerin beynelxalq forumu” Şerq Terefdaşlığı ölkeleri arasında  en yaxşı medeniyyetlerarası  layihe mükafatına layiq görülüb.

 

İdare Heyetinin Bakıda keçirilen İclasında teşkilatın illik hesabatı dinlenilib. Eyni zamanda yeni loqo ve brend-book teqdim edilib ve idare heyeti terefinden tesdiqlenib. Görüşde 2016-cı ilin fealiyyet proqramı müzakire edilib.

 

İttifaqının gördüyü işler barede iştirakçılara slayd nümayiş etdirilib. Müzakirelerde “Böyük İpek yolu”nun növbeti Forumun keçirilmesi istiqametinde fikir mübadilesi aparılıb.

 

Xatırladaq ki, esas meqsedi İpek Yolu üzerinde yerleşen ölkeler arasında medeniyyetlerarası dialoqun yaradılmasına ve inkişafına töhfe vermek üçün gencler arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmek olan İttifaqa 32 ölkeden üzv teşkilat daxildir.


Oxunub 415 defe