Xəbərlər ::

SOSİAL :: Göyçayda 10-cu Nar bayramı

07-11-2015 16:44

Noyabrın 7-de Göyçay rayonunda 10-cu defe Nar bayramı keçirilib. APA-nın yerli bürosunun xeberine göre, tedbirde dövlet ve hökumet nümayendeleri, Milli Meclisin 15-e yaxın deputatı, xarici ölkelerin Azerbaycandakı sefirleri, diaspor nümayendeleri, beynelxalq teşkilat emekdaşları, iş adamları, ümumilikde 15 mine yaxın insan iştirak edib. Göyçay rayon İcra Hakimiyyetinin başçısı Mübariz Ağayev, kend teserrüfatı nazirinin müavini İlham Quliyev çıxış edibler.

 

Bildirilib ki, prezident İlham ELiyevin teşebbüsü ve xeyir-duası ile 2006-cı ilin noyabrından başlayaraq, her il Göyçayda Nar bayramı keçirilir. Nazir müavini qeyd edib ki, Azerbaycanda mövcud olan nar bağlarının 20 faizi, nar ağaclarından toplanan mehsulun ise 30 faizi Göyçayın payına düşür.

 

Melumat verilib ki, narın şiresinden ve qabığından 20-dek xesteliyin müalicesinde istifade olunur. Bu il Göyçayda bağlara gösterilen yüksek aqrotexniki qulluq ve havaların elverişli keçmesi bol mehsulun yetişmesine sebeb olub. İlkin hesablamalara göre, cari ilde mehsuldarlıq 47 min tona yaxın olacaq. Öten il ise fermerler ve ferdi teserrüfat sahibleri 45 min tondan artıq nar tedarük edibler.

 

Mehsulun 50 faizi Rusiya, Ukrayna ve Gürcüstanın bazarlarına çıxarılır. Göyçayda narçılığa olan maraq ilden-ile artır, yeni ve mehsuldar nar sortlarının yetişdirilmesi, teze bağların salınması istiqametinde tedbirler görülür. Son iki ilde rayonda 110 hektar sahede yeni nar bağı salınıb. Bağlarda esasen, "Gülövşe", "Veles", "Şendi", "Şirin", "Bala Mürsel" nar sortları ekilib. Nar emalı müessiseleri ise ilbeil istehsal imkanlarını genişlendirir, yerli ve xarici bazara müxtelif çeşidde mehsul çıxarırlar. “AzNar” zavodu her il ABŞ, Polşa, Kanada, Yeni Zelandiya, Almaniya, Rusiya, Avstraliya, Belarus, Avstriya ve İsraile nar şiresi ixrac edir. Öten esrin 90-cı illerinin evvellerinde Göyçayda cemi 251 hektar mehsuldar nar bağı mövcud idise, hazırda rayonda 3920 hektardan artıq sahede nar bağı var.

 

Nar Azerbaycan, İran, Hindistan, Türkiye, Özbekistan, ABŞ ve Latın Amerikası ölkelerinde becerilse de, Göyçay yegane rayondur ki, burada narın 67 sortu yetişir.         

 

Sonra iştirakçılar tedbirin keçirildiyi Heyder Eliyev parkında teşkil olunan sergi stollarına yaxınlaşaraq isti tendir çöreyine, müxtelif sortdan olan narlara ve onlardan hazırlanan mehsullara, elece de motal pendiri, yuxa, kete ve döşemeli plova, müxtelif şirniyyatlara qonaq olublar. Tedbirde qonaqlar el ile yüksek ustalıqla hazırlanan nar şiresinin, nar şerabının, nardançanın, gilelenmiş narın dadına baxıblar, müxtelif sort nardan hazırlanan mehsulların sergisi ile tanış olublar. Heyder Eliyev parkında remzi olaraq nar ağacları ekilib. Festivalda nara hesr olunan şeir ve mahnılar seslendirilib. 


Oxunub 712 defe