Xəbərlər ::

SOSİAL :: Sakinlerin diqqetine: evlere qaz çekilmesi pulsuz olacaq

07-11-2015 16:58

Zaqatala rayonunun Mosul kendinde qaz açılışına qatılan Dövlet Neft Şirketinin prezidenti Rövneq Abdullayev önemli açıqlama verib. Payiz.Az Region TV-e istinaden melumatına göre, neft şirketinin rehberi bildirib ki, Azerbaycanda qaz senayesinin inkişafında böyük irelileyişlerle yanaşı, yaranan problemlerin aradan qaldırılması üçün qerarlar qebul olunur: “Yeni sisteme göre, yanvar ayının birinden qaz çekilişinde bütün texniki şertler "ASAN Xidmet" vasitesile heyata keçirilecek. Artıq evine, teserrüfatına qaz çekdirmek isteyen şexs lazımi senedleri toplamaqla "ASAN Xidmet"e müraciet ederek çekiliş üçün icazeni onlardan alacaq ve bu proses pulsuz olaraq heyata keçirilecek”.

 

Qeyd edek ki, yeni atılan bu addım qaz çekilişinde yaranan problemlerin, qeyri qanuni pul ödenişlerinin aradan qaldırılmasına hesablanıb.


Oxunub 259 defe