Xəbərlər ::

SOSİAL :: Bakıya getirilen yeni avtobuslar gelen hefteden xette buraxılacaq - REPORTAJ

01-08-2015 14:50

Bakının Parlament prospektinde yaşayan Nazile xanım deyir ki, Xetai rayonunun Yusif Seferov küçesinde, Neftçiler Xestexanasının yaxınlığında yaşayan qızıgile getmek üçün bir neçe marşrut deyişir.

 

Oxşar problem paytaxtın bir çox erazilerinde de yaşanır:

 

- Elmler Akademiyasına getmeliyem, yaşlı adamam, her gün 3-4 marşrut deyişirem. İsti bir yandan, yol narahatlığı da bir yandan. Axırda mecbur olub taksi ile gedirem.

 

- Qaraçuxurdan şeherin merkezine gelen marşrutlar uzun müddetdir ki, işlemir. Uşaqla heç gelib getmek olmur.

 

- Bütün istiqametler üzre marşrutlar deyişdirilib. Bir müddet önce havalar da bu qeder isti deyildi, indi çox istidir. Bu problem hem cibimize ziyandır, hem de canımıza.

 

- Marşrut axtarıram ki, gedim eve çıxım. Her gün dayanacaqlar deyişir, marşrutlar menzil başına qeder gedib çıxmır.

 

Hazırda Parlament prospektinde yalnız 18 saylı marşrut xette buraxılıb. Digerlerinin eyni istiqamet üzre ne vaxt yeniden xette buraxılacağından sürücüler özleri  de xebersizdir:

 

- 6 saylı marşrutun sürücüsüyem. İki ay olar ki,  istiqameti deyişmişik. Berpa olunacağı haqqında ise heç bir melumat verilmeyib.

 

- 18 saylı marşrut Parlament prospektinden keçir. Bir heftedir ki, artıq köhne xetle işleyirik.

 

Mesele ile bağlı Neqliyyat Nazirliyi ile elaqe saxladıq. Nazirliyin metbuat xidmetinden APA TV-ye verilen melumata göre, Avropa Oyunları erefesinde hereketin intensivliyini nezere alaraq ve neqliyyat xidmetlerinin keyfiyyetliliyinin yükseldilmesi meqsedile şeherdaxili ictimai neqliyyatın hereketinde deyişiklikler edilib. Bezi marşrut xetlerinin istiqameti deyişdirilib, bir neçe marşrutun fealiyyeti ise dayandırılıb.

 

Avropa Oyunları bitdikden sonra bu mesele hele de gündemdedir ve hazırda Neqliyyat Nazirliyi müvafiq strukturları ile birge bu istiqametde araşdırmalarını davam etdirir. İşler marşrut xetlerinin istiqametlerinin müeyyenleşdirilmesi merhelesindedir.

 

Qurumdan bildirilib ki, gelen hefteden başlayaraq Oyunlar vaxtı idmançılara ve tamaşaçılara xidmet gösteren, "Baku Bus" MMC terefinden paytaxta getirilen komfortlu avtobuslar ictimai neqliyyat xidmeti meqsedile paytaxt sakinlerinin ixtiyarına verilecek.

 

“Bakı Sernişinneqliyyat” MMC terefinden fealiyyeti dayandırılan 10 marşrutun 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194 yeniden xette buraxılmasına gelince, qurumdan bildirilib ki, hansı marşrutların istiqametinde tekrarçılıq yoxdursa, onun tezlikle berpa edilmesi planlaşdırılıb.

 

Neqliyyat Nazirliyi Dövlet Avtomobil Neqliyyatı Xidmetinin Sernişin ve Yük Daşımalarının Teşkili İdaresinden ise bildiribler ki, bezi marşrutların bağlı qalması bir müddet davam edecek. Hazırda marşrutların optimallaşdırılması üzre işler gedir ve bezi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla biler. 


Oxunub 1617 defe