Xəbərlər ::

HADİSƏ :: MTN generalı Akif Çovdarovun hebsi gözlenilir

08-11-2015 21:31

MTN-in Energetika ve Neqliyyat Sahelerinde Tehlükesizlik Baş İdaresinin reisi, general-mayor Akif Çovdarov tutduğu vezifeden azad edilib ve ciddi nezaret altına alınıb. Onun yaxın günlerde hebse atılacağı gözlenilir.

 

MTN-e yaxın menbelerden strateq.az saytına daxil olan melumata göre, indiyedek hebs olunan MTN emekdaşlarının ekseriyyeti qeyri-qanuni gösterişlerin bir çoxunu hem de birbaşa general Çovdarovdan aldıqları haqda ifadeler veribler ve artıq onun hebsi üçün kifayet qeder delil-sübutlar toplanıb.

 

Eyni zamanda, tehlükesizlik meqsedile adları helelik cemiyyete açıqlanmayan xeyli sayda iş adamı da Baş Prokurorluğa ve Prezident Administrasiyasına ünvanladıqları şikayetlerinde birbaşa mehz general Akif Çovdarovun onlara hede-qorxu gelerek milyonlarla vesaitlerini ve emlaklarını ellerinden aldığını bildiribler.

 

Melumata göre, hem bu adamların, hem de hebs olunan MTN emekdaşlarının dindirilmesi zamanı ortaya tekce MTN-deki melum destenin sahibkarları nece soyub-taladıqlarının ağlagelmez mexanizmi çıxmayıb, üstelik sensasiya sayılacaq başqa bir mühüm fakt da aşkarlanıb.

 

Belli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ile meşğul olan böyük bir destesi ve bu destenin MTN-den kenarda, Bakının heç kimin ağlına gelmeyecek yerinde gizli hebsxanası da olub.

 

Melum olub ki, MTN-deki melum deste pul almaq meqsedile keçirdikleri emeliyyatlar barede her hansı iz qoymamaq ve informasiyanın kenara sızmaması üçün xeyli sayda adamı, xüsusen de ayrı-ayrı vezifeli şexslerle qohumluq elaqeleri olan imkanlı adamları mehz MTN binasından kenarda yerleşen bu gizli hebsxanaya aparıb saatlarla ve günlerle rahatca saxlayır, sonda ise evvelceden dinleme ve izleme vasitesile topladıqları rüsvayedici kompromatları nümayiş etdirir ve qarşılığında külli miqdarda pul teleb edirmişler.

 

Hemin şexsler de teleb olunanı dinmezce verib canlarını qurtarır, heç hara getirildikleri, hansı qurum terefinden saxlandıqları barede neinki her hansı melumata, hetta cüzi tesevvüre de malik olmurmuşlar. Bu barede danışmağın onlara baha başa gele bileceyi xatırladıldığından qorxularından kimseye de nese demirmişler.

 

Elde edilen melumatlara göre, Çovdarova bu işlerin görülmesinde tekce MTN-deki destesi yox, Rusiya ve Gürcüstanın cinayet alemindeki şebekesi de böyük kömeklik gösterib. Onlar bütün bu qaranlıq işlerinde faktiki olaraq elbir fealiyyet gösteribler...

 

Xatırladaq ki, sabiq nazir Eldar Mahmudovun kassiri ve sirdaşı sayılan Çovdarovun adı Azerbaycan metbuatına çox yaxşı tanışdır. Vaxtile hebsxanada “nadzor” olan, daha sonra polis sistemine keçen, oradan da MTN-e getirilen Akif Çovdarov bütün bu “poqon altındakı fealiyyeti” boyu “qara işler”in en yaxşı icraçısı kimi ad çıxarıb...

 

Bele görünür ki, indiyedek baresinde mif yaradılmış “Çovdarov efsanesi” de artıq birdefelik bitmek, müasir Azerbaycanın tarixinin qanla yazılan daha bir sehifesi çevrilmek, qapanmaq üzredir. Bu defe o, öz emelleri ile öz xirtdeyine keçirdiyi edalet mühakimesinin kendirinden çetin ki, yaxa qurtara bilsin...

 


Oxunub 696 defe