Xəbərlər ::

SOSİAL :: Bayrağımızla bezenen Bakı - REPORTAJ

09-11-2015 14:25

Her bir ölkenin tarixi ve dövletçilik eneneleri onun remzlerinde ve atributlarında öz eksini tapır. Azerbaycan Respublikasının bayragı, gerbi ve himni Azerbaycan dövletinin müsteqilliyini tecessüm etdiren müqeddes remzlerdir.

 

APA TV-nin melumatına göre, Azerbaycan Respublikasının Dövlet bayrağı 1918-ci il noyabrın 9-da Azerbaycan Xalq Cümhuriyyeti hökumetinin iclasında qebul edilib ve 1920-ci ilin aprel ayınadek dövlet statusuna malik olub. Hemin bayraq 1990-cı il noyabrın 17-de Naxçıvan Muxtar Respublikası Ali Meclisinin sedri Heyder Eliyevin teşebbüsü ve rehberliyi ile keçirilen sessiyada Naxçıvan Muxtar Respublikasının dövlet bayrağı olaraq tesdiq edilib. 1991-ci il fevralın 5-de Azerbaycan Respublikasının Ali Soveti “Azerbaycan Respublikasının Dövlet bayrağı haqqında” Qanun qebul ederek onu Dövlet bayrağı elan edib.

1991-ci il oktyabrın 18-de “Azerbaycan Respublikasının dövlet müsteqilliyi haqqında” Konstitusiya Aktı ile Azerbaycan Respublikası Azerbaycan Xalq Cümhuriyyetinin varisi kimi onun dövlet remzlerini, o cümleden Dövlet bayrağını berpa edib. 2004-cü il iyunun 8-de “Azerbaycan Respublikası Dövlet bayrağının istifadesi qaydaları haqqında” Azerbaycan Respublikasının Qanunu ile bu sahede qanunvericilik bazası tekmilleşdirilib. 2009-cu il noyabrın 17-de Azerbaycan Prezidenti İlham Eliyev “Azerbaycan Respublikasının Dövlet Bayrağı Gününün tesis edilmesi haqqında” Serencam imzalayıb. Hemin il dekabrın 4-de ise Milli Meclis noyabrın 9-unu Dövlet Bayrağı Günü kimi  resmileşdirib. 

 

"2009-cu ilden beri bu günkü tarix Azerbaycanda Dövlet Bayrağı günü kimi qeyd olunur. Şeherde esl bayram ab-havası var. Şeherin demek olar ki, bütün yaşayış binalarının üzerinde Azerbaycan bayrağı dalğalanır. Hal-hazırda ise Heyder Eliyev prospektindeyik.  Binaların her birinin eyvanından Azerbaycan  bayrağı asılıb"

 

"Şeherin ekser yerlerinde olduq. Çox qürürverici haldır ki, yaşayış binalarının üzerinde Azerbaycan bayrağı dalğalanır. Hal-hazırda ise jurnalistlerin binası qarşısındayıq. Gördüyünüz bu binada Türkiye ve Azerbaycan bayraqları  yanaşı asılıb. Bu ise dostluğumuzun ve qardaşlığımızın bariz nümunesidir.

 

"Bayraq günü münasibeti ile tekce binaların dövlet müessiselerinin üzerinde deyil, gördüyünüz kimi "Bakı-Buss" avtobuslarının üzerinde de bayrağımız öz eksini tapıb".

 

Sürücüler de bu günden qürur duyduqlarını bildirdiler.

"Bu gün bizim Azerbaycan Respublikasının Milli Bayraq günüdür. Bu bizim dövlet bayrağımızdır. Bu bayraq ise daima üzerimizdedir. Bayrağı üzerimizden eskik etmirik".
 

"Bayraq günümüzdür. Allah bize qismet elesin, torpaqlarımızı alınsın, bir de bayrağımız hemişe uca olsun".

 

"Dünyanın en uca bayrağı Bakının Dövlet Bayrağı Meydanında ucaldılan Azerbaycan bayrağıdır ki, bu bayrağın hündürlüyü 162 metrdir ve bu bayraq şeherin her bir yerinden görünür".   

 

Qeyd edek ki, Emek Mecellesinin 105-ci maddesine edilen elaveye esasen, bu bayram qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

 


Oxunub 362 defe