Xəbərlər ::

HADİSƏ :: Ordumuz mülki sakinler, qeyri-döyüş texnikası ve obyektlerine heç vaxt ateş açmayıb - NAZİRLİK

09-11-2015 18:01

 

 

“Ermenistanın bezi kütlevi informasiya vasiteleri dövlet serhedinde Rusiyaya mexsus yük maşınının guya ateşe tutulması barede gülünc, cefeng melumat tirajlayıblar. Görünür ki, son vaxtlar iflasa uğrayan ermeni herbi ve tebliğat sistemi Azerbaycan ve Rusiya münasibetlerinin mehriban dost, qonşu, terefdaşlıq çerçivesinde olmasından ve ikiterefli elaqelerimizin yükselen xetle inkişaf etmesinden hemişe olduğu kimi yene de narahatdır”.

 

Bu barede APA-ya Müdafie Nazirliyinin metbuat xidmetinden daxil olan bildirilib.

 

Qeyd olunub ki, ermeni terefi dövletlerimizin bu elaqelerine qısqanclıqla yanaşır, hesed ve qibte hisslerini cilovlaya bilmediklerinden meqsedyönlü suretde töretdikleri hadiseni növbeti defe Azerbaycan terefinin üzerine yıxmaqla guya öz alemlerinde bu münasibetlere xelel getire bileceklerini zenn edirler: “Silahlı Qüvvelerimiz terefinden mülki sakinler, qeyri-döyüş texnikası ve obyektlere heç vaxt ateş açılmayıb. Bu sebebden de yayılan melumatların heç bir esası yoxdur, yalandır ve düşmen terefinin növbeti uğursuz texribat cehdidir”. 


Oxunub 128 defe