Xəbərlər ::

SİYASƏT :: Prezident: “İrevan xanlığının ehalisinin 70-80 faizi azerbaycanlılar olub”

09-11-2015 23:17

"Azerbaycanın çox zengin tarixi var. Azerbaycan alimleri de, Azerbaycan ictimaiyyeti de bunu yaxşı bilirler. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun teqdim etmeliyik".

 

APA-nın melumatına göre, bunu bu gün Azerbaycan Milli Elmler Akademiyasının (AMEA) 70 illik yubileyine hesr olunmuş merasimde çıxış eden prezident İlham Eliyev bildirib.

 

Dövlet başçısı qeyd edib ki,  ermeniler Azerbaycan tarixini tehrif etmeye çalışırlar ve diaspor imkanlarından istifade ederek, bezi hallarda buna nail olurlar: “Ermeni alimleri” xüsusile regionun, Cenubi Qafqazın tarixi ile bağlı yalan, uydurma esasında kitablar derc edirler, teqdimatlar keçirirler. Elbette ki, bizim tariximiz bizim böyük servetimizdir. Bizim tariximiz onu gösterir ki, azerbaycanlılar bu torpaqda esrler boyu yaşamışlar. Bugünkü Ermenistan tarixi Azerbaycan torpaqlarında yaradılıbdır. Tekce XX esrin evvellerinde çar Rusiyası terefinden derc edilmiş xeritelere baxmaq kifayetdir her kes görsün ki, indiki Ermenistan erazisinde yerleşen kendlerin, şeherlerin mütleq ekseriyyetinin adları Azerbaycan menşelidir. İrevan xanlığının ehalisinin 70-80 faizi azerbaycanlılar olub. Çox şadam ki, menim tövsiyemle İrevan xanlığı haqqında çox sanballı elmi eser yaradılıb, bir neçe xarici dile tercüme edilibdir. Bu eserler faktlar, heqiqetler üzerinde yaradılır”.

 

Prezident İlham Eliyev deyib ki, Dağlıq Qarabağ ezeli Azerbaycan torpağıdır: “Qarabağ”, “Xankendi” Azerbaycan sözleridir. Men defelerle bildirmişem ki, eger Xankendinin her hansı bir tarixi adı olsaydı ermeniler o adı berpa ederdiler. Onun “Stepanakert” adı bolşevik ermeni quldur destesinin rehberi Stepan Şaumyanın şerefine qoyulubdur. Yeni, bunu biz hamımız bilirik, amma dünya da bilmelidir. Her yerde bilmelidirler ki, bu, bizim torpağımızdır, bizim haqqımız var o torpaqda yaşamağa. Beynelxalq hüquq tebii ki, bizim mövqeyimizi müdafie edir. Ancaq bütün dünya ictimaiyyeti bilmelidir ki, tekce beynelxalq hüquqla mesele mehdudlaşmır. Bu, bizim tarixi, ezeli torpağımızdır. Ermeniler Dağlıq Qarabağa ve bezi başqa yerlere XIX esrde İrandan, Şerqi Anadoludan köçürülmüşler. Hansı meqsedle köçürülmüşler biz bunu yaxşı bilirik. Bütün bunları biz gerek kitablar formasında daha da geniş şekilde yayaq ve belelikle, bütün dünyaya sübut edek ki, bu, bizim tarixi, ezeli torpağımızdır”.


Oxunub 363 defe