Xəbərlər ::

SOSİAL :: Azerbaycan istifadeçileri "Google Chrome"a üstünlük verir

10-11-2015 07:55

2015-cü ilin yanvar-oktyabr ayları erzinde Azerbaycan bazarında "Google Chrome" internet brauzerinin payı 1,6 faiz artıb. Trend-in melumatına göre, bu barede "Global Stats" Statistik Merkezinin hesabatında deyilir.

 

Hesabata esasen, öten ilin müvafiq dövrü ile müqayisede Azerbaycanda "Google Chrome"un istifadeçi auditoriyası 5,4 faiz artıb. "Google Chrome" brauzeri Azerbaycanda en populyar brauzerdir ve bazarın 55,5 faizine sahibdir.

 

2015-cü ilin 10 ayı üzre "Opera" brauzerinin payında 8,4 faiz azalma qeyde alınıb. Noyabrın 1-ne “Opera”nın payı 16,3 faiz teşkil edib ki, bu da 2014-cü ilin yanvar-oktyabr ayları ile müqayisede 17,5 faiz çoxdur.

 

Merkezin melumatına göre, yanvar-oktyabr ayları erzinde “Android” brauzerinin istifadeçilerinin sayı 6,4 faiz artıb. “Android” brauzerinin Azerbaycanda bazar payı 11,1 faiz teşkil edir. Öten ilin analoji dövrü ile müqayisede bu brauzerin istifadeçi auditoriyası 8,6 faiz artıb.

 

Bazarın qalan hissesi “Safari” (7,5 faiz), “Yandex” (2,41 faiz), “Mozilla Firefox” (1,99 faiz), “Internet Explorer” (1,8 faiz) ve digerler arasında bölüşüb.


Oxunub 220 defe