Xəbərlər ::

SOSİAL :: Qubada yol salınan zaman aşkar olunan qedim qebirler baxımsız qalıb - SOS

10-11-2015 10:49

Quba rayonunun Küpçal kendi erazisinde aşkar edilen qebirler ve ocaq yerlerinin araşdırılmasına ehtiyac var. Tapılan abidelerin eneolit dövrüne aid olduğu ehtimal olunur.  APA TV-nin Şimal bürosunun verdiyi melumata göre, iki il bundan önce Quba-Küpçal-Küsnet avtomobil yolunun genişlendirilmesi zamanı tesadüfen üze çıxan bu abideler bu vaxta qeder araşdırılmayıb. Bu sebebden abidelerin bir hissesi mehv olub. Küpçal kend tam orta mektebinin direktoru, tarixçi Mömin Eliyevin sözlerine göre, aşkarlanmış qebir abidelerinin mehz eneolit dövrüne aid olduğunu demeye esas veren bir sıra özellikler var.
 
“Biz sizinle hemin düşergeye baxdıq. Ve o düşergede melum oldu ki, burda yaşayış eneolit dövrüne aiddir. Men arzu edirem ki, mütexessisler gelsin. Bizden yaxşı araşdırsınlar baxsınlar. Eneolit dövrüne mexsus bütün elametler bu abidede öz eksini tapır. Bu da sübut edir ki, abide eneolit dövrüne aid tarixi abidedir”.
 
Eneolit dövrü eramızdan evvel VI-IV minillikleri ehate edir. Bu dövre hem de mis-daş dövrü deyilir. Tarixi faktlara esasen ilk defe demirle tanışlıq da mehz bu zaman kesiyinde baş verib. Tarixçi bildirir ki, aşkarlanan abideler burada yaşayan tayfaların dulusçuluqla meşğul olduğunu demeye esas verir. Lakin abideye tam tarixi qiymet verilmesi üçün daha derinden araşdırılmasına ehtiyac var.


Oxunub 340 defe