Xəbərlər ::

SOSİAL :: Bakıda aylıq normanın 86 faizi miqdarında yağıntı düşüb

10-11-2015 11:22

 
 
Ekologiya ve Tebii Servetler Nazirliyi ölke erazisindeki faktiki hava şeraitini açıqlayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentinden Payiz.Az-a verilen melumata göre, noyabrın 7-den 10-dek ölke erazisinde hava şeraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bezi yerlerinde intensiv, Lenkeran-Astara zonasında güclü olub.
 
 
Düşen yağıntının miqdarı Bakıda ve Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lenkeran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Merkezi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) teşkil edib.
 


Oxunub 285 defe