Xəbərlər ::

SİYASƏT :: YAP: "Bu şexslerle bağlı qerar verilecek"

10-11-2015 12:28

Milli Meclise seçkilerin yekun resmi neticeleri elan olunduqdan sonra Yeni Azerbaycan Partiyasının (YAP) İdare Heyeti rehberlikden icazesiz namizedliyini ireli sürmüş üzvlerle bağlı qerar qebul edecek.

 

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov deyib. O bildirib ki, seçki öncesi bir neçe neferi çıxmaq şertile, partiyanın qerarı olmadan namizedliyini ireli süren ekser YAP üzvleri öz namizedliklerini geri götürübler: “Onlar YAP-ın qerarı ile ireli sürülen namizedlere alternativ yaradırdılar. Söhbet apardıqdan sonra onların ekseriyyeti namizedliyini geri götürdü. Bir neçe nefer ise namizedliyini davam etdirdi. Merkezi Seçki Komissiyası seçilmiş deputatların mandatlarını tesdiq etdikden ve Konstitusiya Mehkemesinde bu mesele tesdiqlendikden sonra YAP İdare Heyeti seçkinin neticelerine hesr olunmuş toplantı keçirecek ve bu şexsler barede de qerar verilecek”. 

 


Oxunub 334 defe