Xəbərlər ::

HADİSƏ :: PKK-nın girov götürdüyü azerbaycanlı: “Silahla qarşımızı kesib...”

01-08-2015 19:52

 

     

 “Biz şexsi avtomobillimizle İqdırdan Naxçıvana getmek isteyerken silahlı şexsler qarşımızı kesdiler, senedlerimizi ve mobil telefonlarımızı teleb etdiler. Senedleri ve telefonları verenden sonra bizi yol qırağındakı çalaya apardılar”.

 

Bunu APA-ya PKK terrorçuları terefinden valideynleri ile birge girov götürülmüş Azerbaycan vetendaşlarından biri, 22 yaşlı Eli Seferli deyib.

 

Eli Seferli deyib ki, çalada onlardan başqa insanların olduğunu görübler: “Bir avtobusun ve başqa bir maşının da qabağını keserek oradakı şexsleri çalaya getirmişdiler. Dediler ki, bizimle heç bir problemleri yoxdur. Amma Türkiyede hüquqları temin olunanadek avtobusların, avtomobillerin qarşısı kesilecek. Kürdüstan erazisine heç kimi buraxmayacaqlar”.

 

Onlar orda olduğu müddetde PKK-çılar Kağızmandakı körpünü partladıblar.

 

Eli Seferli bildirib ki, onları texminen 4 saat saxladıqdan sonra buraxıblar. Senedler ve mobil telefonlar geri qaytarılıb. PKK terrorçuları şexsi avtomobillere deymeseler de, dövlete mexsus TIR-ları yandırıblar. 

 

Eli Seferlinin sözlerine göre, PKK-nın girov götürdüyü Azerbaycan vetendaşlarının sayı 10-15 nefer olub.    


Oxunub 324 defe