Xəbərlər ::

SOSİAL :: "Azersu” ile Böyük Britaniya şirketi arasında memorandum imzalanıb

10-11-2015 16:20

 

Noyabrın 10-da Böyük Britaniyanın Biwater ve onun yerli terefdaşı Nobel Oil şirketleri ile “Azersu” ASC arasında emekdaşlıq haqqında memorandum imzalanıb.

“Azersu”nun metbuat xidmetinden Payiz.Az-a verilen melumata göre, memorandum Biwater ve Nobel Oil şirketleri terefinden “Lökbatan ve Şüvelan çirkab sutemizleyici qurğuları” layiheleri üzre texniki-iqtisadi esaslandırma ve diger araşdırma işlerinin aparılmasını nezerde tutur.

 “Azersu” ASC-nin sedri Qorxmaz Hüseynov ölkemizde heyata keçirilen su techizatı ve kanalizasiya sistemlerinin yeniden qurulması layiheleri barede melumat vererek bu sahede beynelxalq maliyye teşkilatları ve nüfuzlu xarici şirketlerle sıx emekdaşlıq edildiyini diqqete çatdırıb. O, su techizatı ve kanalizasiya infrastrukturlarının dünya standartları seviyyesinde qurulması üçün en yeni texnologiyalardan istifade edildiyini xatırladaraq, çirkab sutemizleyici qurğuların layihelendirilmesinde Britaniya şirketleri ile emekdaşlığın faydalı olacağını da vurğulayıb: “Çirkab sutemizleyici qurğuların texniki iqtisadi esaslandırılması sahesinde böyük tecrübesi olan Biwater şirketi ile emekdaşlığın geniş perspektivleri var. Lökbatan ve Şüvelanda temizleyici qurğuların tikilmesile Abşeron yarımadasında formalaşan tullantı suların ehemiyyetli hissesi bu qurğulara yöneldilecek. Bu layihelerin icrası zamanı tunel ve mikrotunel tipli kanalizasiya kollektorlarının tikintisi de nezerde tutulur. Hesab edirem ki, bu layihelerin böyük ekoloji faydası olacaq”.

Biwater şirketinin icraçı sedri Edrian Uayt bildirib ki, Azerbaycanda içmeli su techizatı ve kanalizasiya xidmetlerinden istifadenin yaxşılaşdırılması istiqametinde heyata keçirilen layiheleri yaxından izleyirler ve Azerbaycanda tullantı sularının idareolunması sahesinde irimiqyaslı layihelerinin icrasında yaxından iştirak etmek ve bu işleri qısa müddetde icra etmek niyyetindedirler.

İmzalanma merasiminde Böyük Britaniya ve Şimali İrlandiya Birleşmiş Krallığının Azerbaycandakı sefiri İrfan Siddiq de iştirak edib.

Emekdaşlıq Haqqında Memorandumu “Azersu” ASC-nin sedri Qorxmaz Hüseynov, Biwater şirketinin icraçı sedri Edrian Uayt ve Nobel Oil şirketinin baş icraçı direktoru Maykl Rinq imzalamışlar. Senede esasen Biwater ve Nobel Oil şirketleri Lökbatan ve Şüvelan çirkab sutemizleyici qurğularının texniki iqtisadi esaslandırılmasını işleyib hazırlayacaq.

Qeyd edek ki, Böyük Britaniyanın İxracın Maliyyeleşdirilmesi Agentliyi terefinden Abşeron yarımadasında çirkab sutemizleyici qurğuların ve kanalizasiya kollektorlarının tikintisine 800 milyon ABŞ dolları vesait ayrılması teklif edilib.

Abşeron yarımadasının içmeli su techizatı, kanalizasiya ve yağış suları sistemlerinin Master Planının tövsiyelerine esasen yarımadanın yaşayış menteqelerinde formalaşan tullantı sularının merkezleşdirilmiş qaydada kenarlaşdırılması üçün hövzeler seçilib, her bir hövze üçün çirkab sutemizleyici qurğular kompleksleri ve magistral kanalizasiya kollektorları layihelendirilib.

Xatırladaq ki, Böyük Britaniyanın “Biwater” şirketi dünyanın müxtelif şeherlerinde genişmiqyaslı su ve çirkab suları temizleme texnologiyalarını teqdim edir. Şirket 90-dan çox ölkede hidrotexniki qurğularının layihelendirilmesi, tikintisi, istismarı ve texniki xidmetlerin gösterilmesi sahesinde fealiyyet gösterir. 


Oxunub 354 defe