Xəbərlər ::

SİYASƏT :: Müsavat ona töhmet verdi

10-11-2015 17:10

 

Müsavat Partiyası Divanının növbeti iclası keçirilib.

 

Partiyadan Payiz.Az-a verilen melumata göre, Müsavat Partiyasının seçkiden iştirakdan imtina haqqında 28 oktyabr 2015-ci il tarixli qerarına reğmen seçkide iştirakını davam etdiren 79 saylı İmişli seçki dairesinden deputatlığa namized İltizam Ekberlinin partiya intizamı meselesine baxılıb. Partiyadan xaric edilmesi ve ona töhmet verilmesi teklifleri sese qoyulub. Ses çoxluğu ile İltizam Ekberliye töhmet verilmesi barede qerar qebul olunub.

 

Müsavat Partiyası hakimiyyeti ölkede dini zeminde qarşıdurma yarada bilecek addımlardan çekinmeye çağırıb.

 

Melumatda deyilir ki, Divan son günler İranın dövlet televiziyalarından birinde soydaşlarımızın ünvanına seslenen tehqiramiz ifadelerden sonra başlayan etiraz aksiyalarını destekleyib, aksiya iştirakçılarına qarşı İran rejiminin töretdiyi zorakılıqları qetiyyetle pisleyib: “Müsavat Partiyası Cenubi Azerbaycanın bir çox şeherlerinde baş tutan aksiyalarda hebs olunan vetenperver fealların derhal azadlığa buraxılmasını teleb edir


Oxunub 237 defe