Xəbərlər ::

SİYASƏT :: Hyustonda Cenubi Qaz Dehlizi Günü elan edilib

11-11-2015 07:47

ABŞ-ın Texas ştatının Bakı ile qardaşlaşmış Hyuston şeherinin universitetinin binasında hemin Universitet, Azerbaycan Merkezi, hemçinin Türkiye, Yunanıstan ve İtaliyanın Baş Konsulluqlarının teşkili ve ARDNŞ-ın desteyi ile “Avropa Enerjisinde Cenubi Qaz Dehlizi” adlı böyük konfrans keçirilib (The Southern Gas Corridor in European Energy).

 

Azerbaycanın ABŞ-dakı sefirliyinden Payiz.Az-a verilen xebere göre,  konfransın işinde enerji sahesi üzre ekspertler, ABŞ dövlet orqanları ve Konqresin nümayendeleri, hemçinin diplomatik korpusun nümayendeleri, o cümleden Türkiye, İtaliya ve Yunanıstanın Hyuston şeherindeki baş konsulları iştirak edibler. Ölkemizi konfransda Azerbaycanın ABŞ-dakı sefiri Elin Süleymanov ve ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Beylerbeyov temsil edib.

 

Konfransı Hyuston şeherinde yerleşen “Azerbaycan Merkezinin” direktoru İrade Axundova açıb. Hyuston Universitetinin prezidenti Renu Xator Bakıya sefer etdiyini qeyd ederek ölkemiz ve xalqımız baresinde xoş teesüratlarla bölüşüb ve konfransın mehz Hyuston Universitetinde keçirilmesinden memnun olduğunu bildirib.

 

Bundan sonra Hyuston şeherinin meri Anise Parker terefinden  noyabrın 9-nun Hyustonda Cenubi Qaz Dehlizi günü elan olunması barede sened  teqdim olunub

 

Konfransın “Avropa enerjisi, tehlükesizlik ve diversifikasiya” adlanan ilk panelinde çıxış eden  hazırda ADA Universitetinde çalışan sefir Con Mareska regionumuzun strateji ehemiyyeti ve ona çıxışın Avropa ve ABŞ üçün vacibliyinden danışıb, onun ardınca Hyuston Universitetinin professoru Kristin Ekonomides regionda mövcud olan geosiyasi reallıqlardan söz açıb.

 Cenubi Qaz Dehlizinin regional emekdaşlığa töhvesini nümayiş etdirerek, tedbirde Türkiyenin, Yunanıstanın ve İtaliyanın nümayendeleri çıxış edibler. Qeyd etmek lazımdır ki, bu yaxınlarda qeyd olunan üç dövletin Hyustondakı baş konsulları Cenubi Qaz Dehlizine hesr olunmuş birge meqalenin müellifi olublar.

 

Türkiyenin  Hyustonda Baş Konsulluğunun enerji müşaviri Caner Can Türkiyenin hem enerji istehlakçısı hem de coğrafi mekanına göre “tebii tranzit” olduğunu bildirerek Cenubi Qaz Dehlizinin ölkesi üçün prioritet olduğunu deyib.

 

Yunanıstan baş konsulu Georgios Papanikolau Avropada tebii qazın etraf mühite zererin derecesini azaldan yegane alternativ enerji menbeyi olduğunu qeyd ederek bütün proqnozlara göre 2025-ci iledek Avropanın qaz ehtiyaclarının artacağını, diger terefden Avropanın Rusiyadan enerji asılılığı derecesinden narahatlığını vurğulayıb. Bu sebeblerden Avropaya tebii qaz menbelerinin diversifikasiyasının vacibliyini qeyd eden yunan diplomat bu kontekstde Cenubi Qaz Dehlizinin ehemiyyetinin danılmaz olduğunu deyib. G.Papanikolau Cenubi Qaz Dehlizine daxil olan ve Yunanıstan erazisinden keçecek Trans-Adriatik qaz boru kemerinin (TAP) ölkesi üçün faydasından danışaraq layihenin böhran keçirmiş Yunanıstan iqtisadiyyatının veziyyetinin yaxşılaşdırılmasına töhve vereceyini qeyd edib. Layihenin Yunanıstanda birbaşa olaraq 2 000 bu ve ya diger yolla layihe ile bağlı  ise 10 000 iş yerinin açılacağının gözlenildiyini çox müsbet hal kimi qiymetlendirib. Ümumiyyetle layihenin Yunanıstan enerji tehlükesizliyini güclendireceyini deyen yunan temsilçisi Avropa İttifaqı enerji menbelerinin diversifikasiyasında Cenubi Qaz Dehlizinin esas faktorlardan olduğunu söyleyib.

 

İtaliyanın Hyustonda baş konsulu Elena Sqarbi çıxışında Avropa İttifaqının enerji menbelerinin diversifikasiyası üzre strategiyasından söz açaraq Cenubi Qaz Dehlizinin hemin strategiyaya tam cavab verdiyini ve bu dehlizin Avropa hissesi olan TAP layihesinin mehz bu sebebden İtaliya hökumeti üçün prioritet olduğunu bildirib. Onun sözlerine göre, bu layihe Avropaya enerji tedarükünün artması ve belelikle ümumilikde Avropa enerji tehlükesizliyinin möhkemlenmesine xidmet edir. Bundan elave TAP yerli istehlakçılar üçün tebii qazı daha aşağı qiymete elde etmek imkanını yaradır. E.Sqarbi İtaliya enerji telebatının 17% temin eden Azerbaycanın bu ölkenin enerji tehlükesizliyinin temin edilmesinde müstesna rol oynadığını vurğulayıb. O, İtaliyanın TAP layihesini tam desteklediyini, ölkesinin diger terefdaşları ile birge onun uğurla reallaşdırılması üçün bütün zeruri addımları müeyyen etmek, elaqelendirmek ve heyata keçirmeye hazır olduğunu vurğulayıb.

 

Bundan sonra çıxış eden ABŞ konqresmeni, ABŞ Nümayendeler Palatasının Enerji üzre altkomissiyasının sedri Rendi Veber (Randy Weber) ABŞ-Azerbaycan elaqelerine toxunaraq onların “heyati ehemiyyet” daşıdığını deyib. O, Azerbaycanın ABŞ ile enerji tehlükesizliyi, terrorçuluğa qarşı mübarize ve diger sahelerde emekdaşlığını xüsusile qeyd edib. Konqresmen Veber Cenubi Qaz Dehlizinin uğurla heyata keçirilmesinde ABŞ-ı müsbet rol oynamağa ve lazımi destek vermeye çağırıb. ABŞ-ın bütün müttefiqleri ile münasibetlerini daha da möhkemlenmesinin zeruretini qeyd eden konqresmen Azerbaycanın davamlı olaraq ABŞ hökumeti ile emekdaşlıq etmek niyyetinin nümayiş etdirdiyini, ABŞ-ın, Azerbaycanın ve bütövlükde regionun tehlükesizliyinin temin edilmesi baxımından iki ölke arasında strateji terefdaşlığın davam etdirilmesinin ehemiyyetini vurğulayıb.

 

Konfransda esas meruzeçi qisminde çıxış eden sefir Elin Süleymanov enerjinin regionda yeni coğrafiya müeyyen etmesi barede fikrini seslendirerek Bakı-Tbilisi-Ceyhan , Bakı-Tbilisi-Erzurum kimi irimiqyaslı enerji layihelerinin heyata keçirildiyinden sonra Xezer denizi hövzesi ve Aralıq denizi regionlarının arasında fiziki temasın yarandığını nümune kimi getirib. Cenubi Qaz Dehlizi regionlar arası temasları daha da genişlendireceyini bildirerek bu emekdaşlığın bütün teref ölkeleri ve bütövlükde regionun rifahı ve tehlükesizliyine töhvesinin  danılmaz olduğunu qeyd edib. Sefir regiondakı layihelerin uğurunu Azerbaycan rehberliyinin siyasi iradesi ve müdrik siyaseti neticesinde mümkün olduğunu bildirib.

 

O, regionda heyata keçirilen bütün irimiqyaslı infrastruktur layihelerin, o cümleden Cenubi Qaz Dehlizinin  ümummilli lider Heyder Eliyevin bu uğurların temelini qoymuş siyasetinin ve prezident İlham Eliyev terefinden aparılan siyasetin neticesi olduğunu bildirib. Sefir qeyd edib ki, Azerbaycanın teşebbüsleri ümumiyyetle regionun inkişafına töhve verir ve hazırki konfransda İtaliya, Yunanıstan ve Türkiyenin iştirakı bunun göstericisidir. Eyni zamanda o, Azerbaycanın Gürcüstana davamlı desteyinin regional emekdaşlığın uğurunun daha bir tesdiqi kimi gösterib. Sefir Süleymanov tedbirde iştirak eden türk nümayendelerine tedbire desteklerine göre teşekkürünü bildirerek Türkiyenin regionumuz üçün evezolunmaz terefdaş olduğunu vurğulayıb.

 

Sefir Süleymanov indiyedek hellini tapmamış Ermenistan-Azerbaycan Dağlıq Qarabağ münaqişesinin ve Azerbaycan torpaqlarının hele de işğal altında qalmasının regionun inkişafına en ciddi manee olaraq qaldığını konfrans iştirakçılarının diqqetine çatdırıb.

Sefir hemçinin “İpek Yolu” çerçivesinde Bakı-Tbilisi-Qars demir yolu xetti, habele ölkemizde yeni neqliyyat infrastrukturun inşa edilmesinden danışıb.

 

Bundan sonra konfransın ikinci panelinde çıxış eden meruzeçiler Cenubi Qaz Dehlizi layihesinin müxtelif aspektlerini işıqlandırıblar. Panel zamanı çıxış eden ARDNŞ vitse-prezidentinin müavini Vitaliy Beylerbeyov ARDNŞ-ın fealiyyeti barede geniş melumat verib, şirketin prioritetlerinden danışaraq neft hasilatının davamlı suretde  temin edilmesi, tebii qaz hasilatının artırılması, şirketin fealiyyetinin effektivliyinin yükseldilmesi,  ARDNŞ-ın Azerbaycanın inkişafına töhvesi ve s. sadalayıb. V.Beylerbeyov ARDNŞ-ın iştirak etdiyi layihelerin, o cümleden Cenubi Qaz Dehlizinin uğurla realaşdırılacağı ile bağlı eminliyini ifade edib.

 

“BP” şirketinin ABŞ-da temsilçiliyinin rehberi Qreq Sanders çıxışı zamanı hazırda dünya bazarında tebii qaza telebatın artdığı bir zaman Azerbaycanın özünü etibarlı ve sabit terefdaş kimi gösterdiyini, eyni zamanda ölkemizin coğrafi baxımından çox elverişli yere malik olduğunu bildirib.

 

Konfrans zamanı hemçinin Ed Hirs, Corctaun Universitetinin professoru Brenda Şafer,  Trans-Anadolu tebii qaz kemeri (TANAP) xarici elaqeler direktoru Maqsud Memmed ve İstanbulda yerleşen Xezer Strateji İnstitutunda Strateji ve Siyasi Koordinator Efqan Niftiyev çıxış edibler. 


Oxunub 736 defe